"Kim halallıq vermirsə, özü bilər" - Xatirə İslam "Toppuş bacı" üçün yığdığı puldan danışdı

"Kim halallıq vermirsə, özü bilər" - Xatirə İslam "Toppuş bacı" üçün yığdığı puldan danışdıTanınmış müğənni Xatirə İslamın instaqramda yazdığı şərh müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, sənətçi sosial şəbəkədə xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevaya göstərilən maddi yardım barədə rəy yazıb.

Xatirə onu qınayan izləyicisinə cavab verərək yardımın aktrisanın evinin ipotekası üçün yığılmasında xəbərsiz olduğunu bildirib. X. İslam daha sonra həmin şərhi silərək rəy bölməsini bağlayıb.

"Qafqazinfo" mövzu ilə bağlı Xatirə İslamla əlaqə saxlayıb. Müğənni yazdığı şərhə belə aydınlıq gətirib: "Solo konsertimə başım qarışıq olub, "Bizimləsən" proqramını izləyə bilməmişəm deyə məsələdən tam xəbərdar deyildim. Mən proqrama çıxanda elə başa düşdüm ki, yardım Tünzalə Əliyevanın müalicəsi üçün toplanır. Bütün həmkarlarıma, dostlarım da bunun üçün müraciət etmişdim. Zaur Baxşəliyev də sonra efirdə dedi ki, Xatirə elə başa düşdü ki, pulu müalicə üçün yığır. Yəni, onsuz da biz pulu Tünzalə xanıma vermişdik. Bütün sənət yoldaşlarımızla halallıq veririk. Kim halallıq vermirsə, özü bilər. 16-17 min manat pul yığdım, proqramda da ona təqdim etdik. Onsuz da mən qabaqcadan göz yaşları içində pul yığacağım barədə efirdə danışmışdım. Həmin kadrlar bütün sosial şəbəkələrdə var. Yaxşı ki, müraciətim göz qabağında olub.

Amma səhəri gün onun müalicəsinin dövlət tərəfindən edildiyini öyrəndim. Nə dəxli var ki… Pulu toplayıb vermişik, halal xoşu olsun. Hər çəkdiyim əziyyət onun halalı olsun. Bir məsələ var, bilsəydim ki, onun ev problem var, bəzi insanlara ağız açmazdım. Sənət yoldaşlarım, dostlarım məndən əksik deyil. Elə insanlar var idi ki, salam-sağ oldan başqa heç bir münasibətim olmayıb. Ev məsələsinə görə onlara bir-bir zəng etməzdim. Səmimi şəkildə etiraf edirəm. Mən ancaq can sağlığına görə zəng edərəm. Mən belə insanam. Ev, maşın, kredit kimi şeylər düzələn məsələrdir. Bunlara görə kiməsə ağız açmıram. Məndən inciməsinlər. Bir az belə şeylərdən xoşum gəlmir. Gələn dəfə daha diqqətli olaram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2838   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305