Konora hücum edən üç qafqazlı kimdir? - VİDEO

Konora hücum edən üç qafqazlı kimdir? - VİDEOHəbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş hələ çox müzakirə olunacaq. Bu döyüş UFC tarixinə qızıl hərflərlə yazıldı.

Lakin tamaşaçılar üçün ən çox yadda qalan iki barışmaz rəqibinin üz-üzə gəlməsi yox, döyüşdən sonra baş verənlər oldu.

Oxu.Az xəbər verir ki, hər şeyin çox qarışıq olması səbəbindən Sports.ru saytı irlandiyalının məğlubiyyətindən sonra oktaqonda baş verənləri araşdırmağı qərara alıb.

Həbib Nurməhəmmədov Konorun sparrinq tərəfdaşı Dillon Denisin üstünə cumdu. Bu zaman oktaqona Həbibin qohumu Əbubəkr daxil oldu.

Mühafizədən yan keçən Əbubəkr Konora tərəf qaçır, onun əlində papaq var.

Konorla üz-üzə gələndə Əbubəkr irlandiyalıdan bir zərbə alır və sonuncunu papaqla vurmağa başlayır. Mühafizəçilər dağıstanlını oktaqonun kənarına sıxıb saxlayırlar.

Oxu: Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava
Bundan sonra Həbibin sparrinq tərəfdaşı Zubayra Tuxuqov və güləş üzrə məşqçisi Esedulla Emirağayev məsələyə qarışırlar.

Tuxuqov mühafizəçilərin arasında keçərək Konoru vurmağa cəhd edir. İrlandiyalıya bu zərbə çox təsir etmir və o, dağıstanlıya cavab olaraq bir neçə zərbə endirir.

Daha sonra isə oktaqona Emirağayev tullanır.

Arxadan irlandiyalıya yaxınlaşan Emirağayev sonuncunun hazırlıqsız olmasından istifadə edərək, onu başından yumruqla vurdu.

Konor dağıstanlını görmür və çevrilərək müdafiə olunmaq üçün blok qoyur. Mühafizəçilər tərəfləri ayırırlar.

Davadan dərhal sonra Zubayra Tuxuqov "Instagram" səhifəsində video paylaşaraq, Konora şillə vurduğunu bildirib.

Digər videoda isə Əbubəkr gözünün altındakı göyərməni göstərərək, irlandiyalı ilə davasından danışır.

"Bu irland ləçəri məni vurdu. Lakin mən də borclu qalmadım. Bam, bum! Əlimdə olan papaq mənə mane oldu", - deyə o bildirib.

Qeyd edək ki, Zubayra Tuxurov Həbib Nurməhəmmədovun Çeçenistandan olan sparrinq tərəfdaşıdır. Döyüşdən əvvəl Makqreqor onu dağıstanlının qarşısında baş əyməkdə ittiham edib və çeçen xalqına layiq olmadığını bildirib. Zubayra isə irlandiyalı ilə təkbətək savaşacağına söz verib. Zubayranın UFC-də 22 döyüşdə 18 qələbəsi və dörd məğlubiyyəti var.

Əbubəkr Nurməhəmmədov Həbibin əmisi oğludur. Avqust ayında sosial şəbəkələrdə yayılan videoda o, "bomj"ları pul müqabilində "jim" vurmağa məcbur edirdi. Peşəkar rinqdə 15 qələbəsi və iki məğlubiyyəti var. ABŞ-da PFL liqasında çıxış edir.

Esedulla Emirağayev Həbibin Dağıstandan olan məşqçisidir. Döyüş sambosu üzrə Rusiya çempionudur. Nurməhəmmədova güləş üzrə məşq etməyə kömək edir.

UFC prezidenti Deyn Uayt bəyan edib ki, Makqreqora hücum edənlərdən heç biri turnirdə bir daha iştirak edə bilməyəcək. Qeyd edək ki, Tuxuqov Konorun dostu Artyom Lobovla oktyabrın 27-də döyüşməli idi. Görünür, bu döyüş baş tutmayacaq.

Konor Makqreqor ona hücum edənlərdən heç birinə qarşı ittiham irəli sürməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497