"Maaşı az verirlər deyə dərs keçməyən müəllim..." - Rəşid Mahmudov

"Maaşı az verirlər deyə dərs keçməyən müəllim..." - Rəşid Mahmudov"İtalyanlar müəllimə "padre" deyir, "padre" ata deməkdir, türklər "hocam", "öyretmenim" deyir, yəni ağsaqqalım, böyüyüm deyir. Bizdə isə hər yoldan keçənə, "şofer"ə də müəllim deyirik".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar bu günün müəllimləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, müəllim çox vicdanlı olmalıdır: "O, haqqı deməlidir, nahaqqın tərəfində durmamalıdır. O əgər haqqı deyirsə, vicdanlıdırsa, balalarımızı yaxşı və düzgün öyrədirsə, düz yola çəkirsə, deməli o, əsl müəllimdir. Qalanlarını təbrik etmirəm. İyul ayından azad müəllimləri təbrik etmirəm. Vicdanlı, biliklərini uşaqlara öyrədən müəllimləri təbrik edirəm".

Hazırda Azərbaycan müəlliminin əsas problemlərinə gəlincə, R. Mahmudov deyib: "Kimin problemi yoxdur ki? Problemi olmayan adam ölümə məhkumdur, ölməlidir. İnsan həyata gəlib ki, problemləri həll etsin. Müəllimlərin problemi çoxdur. İlk növbədə müəllimlərin maaşı çox azdır. 3-4 ay əvvəl telekenalların birində ölkə Prezidentindən təvəqqi, xahiş etmişəm ki, müəllimlərin, həkimlərin maaşı ən azı iki dəfə artırılsın".
Həmsöhbətim xatırladıb ki, vaxtilə 23 "şirvan" maaş alırdı: "O vaxt bu, 5-10 dollar edirdi. İndi müəllimlərin əmək haqları hər dəfə 5-10 manat artırılır. Hazırda müəllim təqribən 75 dollar maaş alır. Düzdür müəllimlərin maaşı hər dəfə artırılır, ancaq mükəmməl artırılmır".

R. Mahmudov müəllimlərlə bağlı arzusunu da qeyd edib: "Arzu edirəm ki, müəllimin qarşısında tələb qoyulsun ki, o, xalqımıza dəyərli insan yetişdirsin. Müəllim elə-belə insan deyil. Prezidentin, mühəndisin, həkimin, elə müəllimin özünündə də müəllimi var, olub. Müəllimlik vicdan deməkdir, kimin vicdanı varsa, o müəllimdir. Kimin vicdanı yoxdursa, maaşı az verirlər deyə dərs keçməyəni müəllim hesab etmirəm. Burada şagirdin, tələbənin nə təqsiri var? Biz xalqımıza xidmət etməliyik, bu bizim borcumuzdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3352   Tarix: 05 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608