"Qardaşımın boğazını kəsib öldürdülər" - Atası ilə birgə ömürlük həbs olunan həkim - VİDEO

"Qardaşımın boğazını kəsib öldürdülər" - Atası ilə birgə ömürlük həbs olunan həkim - VİDEOARB TV-nin "Rezonans" proqramında bu dəfə ömürlük həbs cəzası almış Bakı sakini danışıb.

Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) - Məhkum: "1972-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuşam. Tibb Universitetini bitirmişəm, Stomatologiyanı oxumuşam. 23 il azadlıqda yaşamışam, 23 il də həbsxana şəraitindəyəm. 1995-ci ildə həbs olunmuşam, 1996-cı ildə ölüm cəzası almışam".

BiG.AZ xəbər verir ki, boğazı kəsilərək öldürülən tələbə qardaşının intiqamını almaq istəyərkən 3 nəfər günahsız adamı öldürərək ömürlük həbs cəzası alıblar

Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) - Məhkum: "Auditoriyaya oğlan daxil olub, bu da müdaxilə edib ki, camaatın qızıdı. Bu dərsdən çıxan kimi yıxıblar yerə, boğazını kəsərək qətlə yetiriblər. Qardaşımı öldürməyə kim başçılıq edibsə, onun üstünə getmişik. Təşkilatçı 1 nəfər idi. Biz ora gedəndə o, yox idi orada. Tanışı ağır yaralandı səhvən. Biz biləndə ki o deyil vurulan, o zaman Novxanıya getmişik. Maşınla gedəndə gördük ki, xidməti maşın gəlir. Oğlanın atası vəzifəli şəxs idi. Dedilər ki, Faiq maşındadır. Mən tini dönəndə oğlanın atasının əlində silah gördüm. Qardaşımın dostları 2 nəfər onların maşınına yaxınlaşdı. Həqiqətən də, atasının əlində silah var imiş. Silahı bunların üstünə çəkəndə, qardaşımın dostları qorxudan atəş açıblar. Maşında bilmirdik ki, ailə var. Nəticədə 3 nəfər təsadüf nəticəsində qətlə yetirilib. Mən sürücü kimi iştirak etmişəm. Ona görə də ən ağır cəza çəkirəm. 4 nəfərə ölüm cəzası verildi. Atama, mənə birdəki digər 2 nəfərə. Atam 2012-ci ildə dünyasını dəyişdi. Qardaşımın cinayətdən xəbəri yox idi, amma 13 il iş verdilər. 2008-ci ildə həbsdən çıxıb, azad həyatını yaşayır. Mən də 23 ildir ki, bağlı divar arxasındayam. Ölüm cəzasının ömürlükdən fərqi odur ki, ölümdə güllələyirlər bitir gedir, amma ömürlük hər gün cəzadır. Bura çox ağır yerdir. Hamə dözə bilmir burada. Mən oraya qardaşımın qanını almağa getmişəm. İndi də istəyərəm ki, dövlətimiz yenidən bu məsələlərə baxardı. Bu hadisələr nəticəsində xeyir işim də geriyə atıldı. Nişanlı idim. Toyumu təyin etmişdik. Toyumun axşamı günü ailəmdə həbslər başladı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2634   Tarix: 01 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 470
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 120
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 505
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 153
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 82
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132