"Pərviz Türkana yox, sənə qoşulmalıdır?" - Meyxanaçılar üz-üzə

"Pərviz Türkana yox, sənə qoşulmalıdır?" - Meyxanaçılar üz-üzəÖtən həftə tanınmış meyxanaçı Vüqar Əbdülovun "ATV şou" proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub. Onun efirdə səsləndirdiyi sərt fikirlər həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

Meyxana Ustadı Mehman Əhmədli "Qafqazinfo"ya açıqlama verərək V. Əbdülovun açıqlamasına sərt cavab verib. O, Vüqarın özünü reklam etdiyini bildirib:

"Çox sərt danışıb. Təbii ki, özünü reklam edir. Adlarını çəkdiyi şəxslər barədə təkcə efirdə yox, həmişə arxalarıyca danışıb. Amma həmin şəxslərlə görüşəndə tamam başqa bir insan olur, üzlərinə deyə bilmir. Onun səsləndirdiyi fikirlər tamamilə səhvdir. Deyir ki, meyxanaçılar bir olsunlar. Mənə maraqlıdır ki, bir olub nə edək? Onsuz da birik! Yığışıb nə edək? İdman edək, futbol oynayaq? Məclislərdə, konsertlərdə bir oluruq. Mən Vüqarı başa düşmürəm".

O, meyxanaçının "Mehman Əhmədli "Əhmədli" məktəbi quraraq kənara çəkilib" sözlərini belə şərh edib:

"Biz heç kimi başımıza yığmamışıq. Sadəcə olaraq, mən onlardan fərqli olaraq özüm üçün yox, sənət üçün çalışmışam. Tələbə yetişdirmişəm, ortaya sənət qoymuşuq. Özüm Əhmədlidə yaşayıram, ona görə də tələbələrimlə orada otururuq. Əhmədli məktəbində təkcə Əhmədlidən olanlar yox, Yasamal və başqa ərazilərdən meyxana ifa edənlər var. O demək deyil ki, mən təkcə Əhmədli uşaqlarını başına yığmışam, kənar şəxsi məktəbə buraxmamışam".

M. Əhmədli Vüqarın Pərviz Bülbülə və duet ortağı Türkan Vəlizadə barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Deyir ki, Pərviz (red Pərviz Bülbülə) Türkana qoşulub (müğənni Türkan Vəlizadə). Gülməli söhbətdir. Pərviz niyə Türkana qoşulsun? Türkana qoşulub deyəndə ki, onunla duet oxuyub. İş görürlər! Vüqar başqa müğənni ilə duet oxumayıb? Pərviz bundan əvvəl Damla ilə oxuyurdu, alınmadı! İndi də Türkanla duet səsləndirir. Burda nə var ki? Yaxşı edib! Vüqar, Pərviz sənə qoşulmalıdır? Düzgün fikirlər deyil. Mahnı yazırlar, toylara gedirlər. Pis nə var ki? Bu günə kimi hamı edir. Hər kəs kimləsə duet oxuyur. Vüqarın heç bir fikri ilə razı deyiləm. Mənə elə gəlir ki, o kiməsə acıqlı olub, içində yığılıb qalıb. Camaat arasında onun haqqında normal bir fikir səsləndirən görmədim. Bu qədər".

O, meyxanadan uzaqlaşdığı iddia edilən Namiq Qaraçuxurluya da dəstək olub: "Namiq Qaraçuxurlu barədə deyir ki, niyə meyxana oxumur. Namiqlə 20 ildir ki, dostluq münasibətlərimiz var. Toyda da, məclislər də bir-birimizi görürük. Oturanda da meyxana deyirik. Heç dəxli var?"

Digər bir meyxana ustadı Namiq Məna da V. Əbdülovun efirdə səsləndirdiyi fikirlərlə razılaşmayıb. N. Məna "Qafqazinfo"ya açıqlamasında problemin efirlərə olduğunu iddia edib:

"Vüqara sənətə gəldiyi ilk dövrlərdə dəstək olmuşam. Ondan köməyimi əsirgəməmişəm. Yenə də ona dəstək lazımdırsa, mən hazıram. Vüqar subyektiv fikirlərini səsləndirib. Amma mən elə deməzdim. Bu gün bizim janrımız çox inkişaf edib, istedadlı gənclər var. Analoqu olmuyan bir janrıdr. Mövzu verilir və bədahətən meyxana deyirsən. Bizim qazancımız itkilərimizdən çoxdur. Bir şeyi vurğulayım ki, bizim janrla bağlı efir məkanına nümunəvi insanlar dəvət olunmalıdır. Bu meyxana sənəti aşağılanmasın. İstər təhsili, istərsə də savadı ilə seçilən şəxslər qonaq olmalıdır. Milyonlarla insan televiziyanı izləyir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2731   Tarix: 01 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471