9 iyulda 300 mindən çox istifadəçi internetdən məhrum ola bilər

9 iyulda 300 mindən çox istifadəçi internetdən məhrum ola bilər9 iyulda 300 mindən çox istifadəçi internetdən məhrum ola bilər

ABŞ Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 9 iyul 2012-ci il tarixindən etibarən 300 mindən çox istifadəçinin internetə çıxışdan məhrum olmasının mümkünlüyü barədə xəbərdarlıq edir.
Bu halda DNS Changer virusuna yoluxan sistemlər təhlükə altında olacaq. Ötən ilin noyabrında FTB əməkdaşları altı Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompüterin DNS Changer virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib.

FTB-in məlumatına görə, hakerlər bu virusdan istifadəçiləri onlar tərəfindən reklam elanlarının yerləşdirildiyi öz veb-saytlarına yönəltmək üçün istifadə ediblər. Bu resurslarda reklam informasiyasına baxış sayına görə hakerlər pul alıblar və bu minvalla 14 milyon dollara yaxın vəsaiti qeyri-qanuni mənimsəyiblər.

Interfax-ın məlumatına əsasən, haker şəbəkəsini ifşa edən FTB yoluxmuş kompüterlərin dərhal internetdən ayrılmasının qarşısını almaq və istifadəçilərə faylları viruslardan təmizləməyə vaxt vermək üçün sərəncamında olan resursları qısa müddət ərzində fəallaşdırmağa başlayıb və virusa yoluxmuş serverləri (viruslu kompüterlərin şəbəkəyə yalnız bu serverlər vasitəsilə daxil olanları) müsadirə edərək onları əvəzləyib.

İyulun 9-da FTB müvəqqəti serverləri bağlayacaq və buna görə dünyadakı internet istifadəçilərini kompüterlərdə virusun olub-olmamasını yoxlamağa çağırıb. Büro bu məqsədlə xüsusi sayt (www.dcwg.org) yaradıldığını da bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2202   Tarix: 27 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040