Yeməkdən əvvəl su içək, yoxsa... – DİETOLOQ CAVABLANDIRIR

Yeməkdən əvvəl su içək, yoxsa... – DİETOLOQ CAVABLANDIRIRBir çox dietoloqlar hazırda insanların ən çox narahatlıq yaşadığı artıq çəki ilə bağlı problemləri aradan qaldırmaq üçün su içməyi tövsiyə edirlər. Bəzi ekspertlər deyir ki, arıqlamaq istəyirsinizsə, yeməkdən əvvəl 2- 3 stəkan su içmək lazımdır. Bu, aclıq hissini azladır. Bəziləri isə yemək yeyərkən su içilərsə, həzm sisteminin yaxşı işləmədiyini deyirlər. Hətta gündə ən az 3 litr su içmək vacibdir deyənlər də var. Bu siyahını uzatmaq da olar, amma bildirək ki, su ilə bağlı o qədər ziddiyyətli fikirlər mövcuddur ki, insanlar da sözün əsl mənasında çaş-baş qalıblar. Bilmək olmur ki, suyu çox içmək lazımdır, yoxsa az...

Türkiyəli dietoloq Fevzi Özgönülün su ilə bağlı bilməyiniz vacib olan məsləhətlərini diqqətinizə çatdırırıq: "Yeməyin əvvəlində, ortasında və ya sonunda istədiyiniz qədər su içə bilərsiniz. Lakin çox susadım deyə yeməkdən əvvəl çox su içmək də yaxşı bir hal deyil. Yemək bir insan üçün nə dərəcədə əhəmiyyətlidirsə, maye qəbul etmək də onun qədər, hətta daha çox əhəmiyyətlidir. Bədənimizin yüzdə altmışı sudan ibarətdir. Bu səbəblə orqanizmimizin suya əslində olduqca çox ehtiyacı var. Bu səbəblə susayırıq və su içmək istəyirik. Susuzluğumuzu hiss etmiriksə, deməli, biz əslində başqa içkiləri çox içdiyimiz üçün bədənimizin su istəyini pərdələmiş oluruq. Bu isə xoş bir hal deyil. Əvvəlcə su yerinə keçən içkiləri azaldıb susamağa başlamalıyıq. Çünki susama hiss etdiyimiz anda hər cür problemi həll edə bilərik. Bunu etmək əslində bədən ağılını istifadə etməkdir. Bədən ağlını istifadə etdiyimizdə də digər canlıların etdiyi kimi, doğru zamanı hiss edə bilərik".

F.Özgönül su ilə bağlı 3 nüansı vurğulayır: "Susamadınızsa, 2-3 stəkan su içib süfrəyə oturmayın. O zaman yemək yeyib bədəninizi gücləndirə bilməzsiniz. Susadınızsa, su içməyə diqqət edin, yemək əsnasında içəcəyiniz meyvə suyu, mineral sular və kolalı içkilər iştahınızı bağlayıb həzminizi poza bilər. Əgər su istəyiniz varsa, su içməmək üçün heç bir səbəb görə bilmirəm".(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2025   Tarix: 30 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914