Azərbaycanda hərbi zavodda YANĞIN - XƏSARƏT ALANLAR VAR

Azərbaycanda hərbi zavodda YANĞIN - XƏSARƏT ALANLAR VAR

Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.

BiG.AZ xəbər verir ki, Şirvan Şəhər Prokurorluğundan Qafqazinfo-ya verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub.

Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1047 Tarix: 28.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Roshka266
Roshka266 28.09.2018
...