Otel otağında meyiti tapılan Zeynəbin ölümünün təfərrüatı: Özünü pis hiss edib və...

Otel otağında meyiti tapılan Zeynəbin ölümünün təfərrüatı: Özünü pis hiss edib və...
Gürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb.

BiG.AZ-ın report-a istinadən verdiyi xəbərə görə, 21 yaşlı Zeynəb Vəlizadə hoteldə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 13139 Tarix: 28.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 28.09.2018
Allah rəhmət etsin
həyatdı da :)