Tütünün daha bir ziyanı üzə çıxdı — Siqaret çəkənlərə xəbərdarlıq

Tütünün daha bir ziyanı üzə çıxdı — Siqaret çəkənlərə xəbərdarlıq
Tütündən istifadə etmək ağ ciyər xərçəngi, astma, ağ ciyərin xroniki xəstəliklərinə səbəb olur.

Bioloqlar tütün məmulatlarının daha bir ziyanını aşkar ediblər. Məlum olub ki, siqaret çəkmək eyni zamanda immunitet sistemini də zəiflədir.

“Çünki bir çox siqaret aludəçiləri kariesdən və ağız boşluğu xəstəliklərindən əziyyət çəkirlər. Buna görə də onların damağı siqaret çəkməyənlərə nisbətən daha gec sağalır. TNF-alfa zülalı və hBD-2 müdafiə rolunu oynayır. Siqaret tüstüsü isə bu zülalları məhv edir”, - deyə Anita Aminoşari bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada 1.1 milyard insan siqaret çəkir. Onların böyük hissəsi inkişaf edən dövlətlərdə yaşayır. Britaniyalı alimlərin son tədqiqatları sübut edib ki, siqaret çəkənlərin 60%-i məhz bu vərdişlərinə görə dünyasını dəyişirlər.
Son illər isə məlum olub ki, siqaret çəkmək qocalma prosesini sürətləndirir və lal-karlığa səbəb olur.

mənbə: olke.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1562 Tarix: 27.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər