ABŞ Yaxın Şərqdən çıxır: Çin və Rusiya ilə müharibəyə hazırlıq başlandı

ABŞ Yaxın Şərqdən çıxır: Çin və Rusiya ilə müharibəyə hazırlıq başlandı

ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini önümüzdəki ay ərzində çıxaracaq.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar çıxarılacaq.

“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot” var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən çıxır”, - deyə nəşr yazıb.

Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 943 Tarix: 26.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol