"İrşad telekom" sahibinin ölümündə kriminal izlər – yeni iddialar

"İrşad telekom" sahibinin ölümündə kriminal izlər – yeni iddialarİrad Hacıyevin ölümü ciddi şübhələrə yol açıb; mərhumun qurduğu biznes şəbəkə ilə bağlı da müəmmalı proseslərin getdiyi deyilir
"İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi iddiası yayılıb. Bu barədə məlumatı "baku.ws" yayıb. Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib.

Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. "İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir" – deyə məlumatda qeyd olunub.

"Yeni Müsavat" xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.

Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil".

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi".

Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?

Maraqlıdır ki, baş verən olaydan sonra "İrşad Telekom"in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər…

Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər "İ&R Telecom" kimi fəaliyyətdə olan şirkət həmin ildən "İrşad Telecom" (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.

İrad Hacıyev
Bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün "İrşad Telecom"la əlaqə saxladıq. Suallarımızı dinləyib münasibət açıqlayacaqlarını bildirdilər. Günün sonuna qədər münasibət açıqlanmadı. Açıqlanacağı təqdirdə həmin açıqlamanı da təqdim edəcəyik.

Hadisə ilə bağlı sosial şəbəkələrdə də ən müxtəlif məlumatlar dolaşmaqdadır. Belə müzakirələrdən biri də disput.az saytında https://www.disput.az/index.php?app=forums&module=forums&controller=topic&id=1200810aparılmaqdadır.

"İrşad telekom" sahibi müəmmalı şəkildə ölüb" adı altında aparılan müzakirələrdə ölümlə bağlı ən müxtəlif səbəblər göstərilib. Məsələn, "Shoyla" adlı istifadəçi ehtimal edir ki, şirkət sahibinin ölümünü "peredazirovka"dan ola bilər. Bir başqa istifadəçi isə şirkət sahibinin ölümü ilə telefonların qeydiyyatının 5 manatdan 150 manata qədər bahalaşması ilə əlaqəli görür. İddia edir ki, bahalaşma təşəbbüsü ilə məhz şirkət sahibi çıxış edib və sonradan hökumət belə bir addım atıb. Bu bahalaşma ilə şirkət sahibinin ölümü arasındakı birbaşa əlaqə haqda isə hər hansı bir sübut, dəlil göstərilmir. Sadəcə, qeyd olunur ki, hazırda fiziki şəxslər telefonlarını qeydiyyatdan keçirərkən böyük məbləğlər ödəməli olduqları halda, böyük şirkətlər əvvəlki rüsumları ödəməkdədirlər.
Yenə də bu məsələ ilə İrad Hacıyevin ölümü arasındakı əlaqə haqda hər hansı bir aydınlaşdırıcı fakt, məlumat, sübut təqdim olunmur. Ümumilikdə müzakirələrdə İrad Hacıyev imkanları genişlənməkdə olan iş adamı, yaxşı ailə başçısı kimi təqdim olunur. Bu gün "belə bir şəxs, iş adamı özünü niyə öldürüb" sualı açıq olaraq qalmaqdadır.

Əlavə edək ki, Azərbaycanda iş adamlarının müəmmalı ölüm işləri zaman-zaman baş verib. Məsələn, 2015-ci il martın 11-də Bakıda, Yasamaldakı ofisində 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti aşkar olundu. Həmin dövrdə Fizuli Qasımova məxsus olan və Goranboyda yerləşən "Goranboy gips" şirkətinin əlindən alınmasına cəhdlər vardı. O dövrdə nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun ailə şirkəti "Garant holdinq" Fizuli Qasımovun şirkətinə sahiblənmək üçün addımlar atmışdı. Fizuli Qasımov isə şərikləri olan yaxınlarının razılığına rəğmən şirkəti təhvil vermək istəmirdi. Belə bir vaxtda Yasamaldakı ofisində onun ürəyindən atılmış güllə yarası ilə meyiti aşkar edilmişdi. 2015-ci ilin martında müəmmalı şəkildə dünyasını dəyişmiş Fizuli Qasımovun da, 2018-ci il sentyabrın 14-də yenə də müəmmalı şəkildə dünyasını dəyişən İrad Hacıyevin də ölümü ilə bağlı eyni maddə – özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində araşdırmalar aparılıb və aparılmaqdadır.

2015-ci il martın 11-də Yasamal Rayon Prokurorluğunda Fizuli Qasımovun ölümünə görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinə bir müddət sonra xitam verilmişdi. Səbəb sadə idi – istintaqçılar müəmmalı ölümdə cinayət tərkibi tapmamışdılar. İrad Hacıyevin ölüm işi üzrə də analoji qərarın veriləcəyi perspektivi yox deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2321   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 358
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 756
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 225
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 954
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 201
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 335
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 408
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 293
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 508