Sevdiyi qızı 3 dostu ilə qəbiristanlıqda zorladı — Tovuzda baş verən cinayətin TƏFƏRRÜATI

Sevdiyi qızı 3 dostu ilə qəbiristanlıqda zorladı — Tovuzda baş verən cinayətin TƏFƏRRÜATITovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə Ali Məhkəməy müraciət olunub.

Martın 22-də Tovuzun Əyyublu kəndində 20 yaşlı S.Nəsibova (ad şərti verilib) dörd oğlan tərəfindən təcavüzə məruz qalıb.

4 oğlan bir qıza təcavüz etdi

20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon polis şöbəsinə müraciət edilib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla 2015-ci il martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin "Ford" maşınına mindiriblər.
Onlar qızı qəbiristanlığa aparıb və burada onu zorlayıblar. Daha sonra onlar qızı seksual xarakterli əxlaqsız hərəkətlər etməyə məcbur ediblər.

"Əvvəlldən onlarla heç bir tanışlığım olmayıb"

Zərərçəkmiş şəxs qismində ifadə verən S.Nəsibova qeyd edib ki, Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov onu döyərək zorla maşına mindiriblər: "Onlar məni qəbiristanlığa apardılar, orada mənə qarşı zorakılıq etdilər".
Zərərçəkmiş bildirib ki, əvvəllər onlarla tanışlığım olmayıb: "Onlardan biri məşğələyə gedib gələrkən mindiyim "Qazel"in sürücüsüdür. Əvvəldən onlarla elə tanışlığı olmayıb. Məni telefonla təhdid edirdilər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən".

"Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi"

İstintaq sənədləri ilə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri - Elməddin Niyazov qızın sevgilisi olub. Elməddin Niyazovun iddiasına görə, qız ilə 2014-cü ilin yayından mesajlaşırmış: "Qız məni çağırdı ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Mən də dostum Mürsəlin "Mercedes" markalı maşınını götürərək qızın dediyi yerə getdim. Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi. Bir qədər gedəndən sonra, kənddən 500 metr aralıda yolda maşın batdı. Dostuma zəng edərək maşının batdığını dedim. Kamal və maşının yiyəsi gəldilər. Biz birlikdə maşını çıxardıq".

"Məni nənəmin evinin yanında düşürün"
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Səidəni Kamalın maşınına mindirib: "Onu evinə düşürdük. Bu zaman qız bildirdi ki, mən düşmək istəmirəm. Kamala dedi ki, sizinlə fermaya gedəcəyəm. Mən də Kamalla fermaya gedib, yeməyi verib qayıtdıq. Səidə dedi ki, məni nənəmin evinin yanında düşürün. Onu dediyi yerə düşürdük".

Hadisədə adı hallana şəxslərdən biri də Kərimov Mürsəldir. "Mercedes" markalı avtomobilin sahibi Mürsəl Kamalov ifadəsində deyib ki, Elməddinin xahişini yerə salmayaraq öz maşınını ona verib: "Elməddindən zəng etdi ki, maşını mənə ver. Mən də vermişəm. Qıza təcavüz etməmişəm".

"Sən bunu bir adama desən, öldürəcəyik"

Məhkəmədə zərəçəkənin atası Kamal Nəsibovda ifadə verib: "Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıblar. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca "Ford" maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq ediblər. Sonra oradan götürüb qəbristanlığa aparıblar. Orada deyiblər ki: "Sən bunu bir adama desən, öldürəcəyik".

"Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar?".

Bəraət və cəza

İstintaq orqanı təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 150.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 151-ci seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham edib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmən in hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə onlara bəraət verilib.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birini Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilib və onların hər birinə 1 il 8 ay 9 gün azadlıqdan məhrumetmə cəzası təyin edib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1757   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589