Bakıda iyrənc hadisə - Pendir alverçisi 14 yaşlı oğlanı zorladı

Bakıda iyrənc hadisə - Pendir alverçisi 14 yaşlı oğlanı zorladı14 yaşına çatmayan oğlan uşağına qarşı seksual hərəkətlər törətməkdə təqsirli bilən Mehti Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baxılıb.

İstintaqla müəyyən edilib ki, M. Quliyev bazarda ona süd məhsulları satmaqda köməklik edən, yetkinlik yaşına çatmayan N.D-nı (ad soyad şərtidir) özü ilə kirayədə yaşadığı evə apararaq zorlayıb.

Belə ki, o, evin qapısını içəridən bağlayaraq yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə bıçaqla onu hədələyib. M. Quliyev fiziki zor tətbiq etməklə uşağın paltarını soyundurub və ondan çarpayıya uzanamağı tələb edib. Sonra Mehti Quliyev yeniyetmə qarşı uşaqbazlıq edərək qeyri təbii yolla cinsi əlaqədə olub. İşini bitirəndən sonra M. Quliyev uşağı döyüb və bu barədə kiməsə nəsə deyəcəyi təqdirdə onu öldürməklə hədələyib.

M. Quliyevə Cinayət Məcəlləsinin 150.3.3-cü( seksual xarakterli hərəkətlər. 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.
Təqsirləndirilən şəxs qismində dindirilən M.Quliyev özünü təqsirli bilməyərək, yeniyetməyə qarşı seksual hərəkətlər törətmədiyini deyib: "Rəsulzadə qəsəbəsində yerləşən bazarda yağ-pendir satmaqla məşğul olurdum. İş yerimin yaxınlığında olan həyət evində tək kirayədə yaşamışam. Sonra köməkçi lazım oldu. Həmyerlimin oğlunu yanımda işlətməyə başladım. Gündəlik olaraq ona 5 manat pul verirdim. Uşağın ailəsi ilə yaxşı münasibətim olub".
M. Quliyev bildirib ki, ev işlərində kömək məqsədilə N.D-dan yardım istəyib: "Uşaq evdən icazəsiz mənimlə gələ bilməyəcəyini bildirdi. Anasına danışdı, dedim mənə kömək edəcək. İcəzə aldım, bizə getdik. Yolda özümə araq, ona isə pivə aldım. Evdə işləri qutardıq, yemək yedik. Mən arağımı içdim, o da pivəni. Hər ikimiz sərxoş olub yatdıq. Səhər oyananda o mağazaya getdiyini dedi. Mən onu nə bıçaqla hədələmişəm, nə də ki zorlamışam".
Təqsirləndirilən şəxs qeyd edib ki, günorta uşağın əmisi ona zəng edib: "Dedi uşağı zorlamısan, şərə düşdüyüm üçün qorxdum. Ona görə yaşadığım evdən çıxdım, müxtəlif yerlərdə gizləndim".
Zərərçəkmiş şəxs qismində dindirilən N.D-ı bildirib ki, 7-ci sinif şagirdidir: "Dərsdən sonra ailəvi tanışımız Mehtinin yanında işləyirdim. Pendir-yağ satışı ilə məşğul olurduq. Hər gün 5 manat alırdım. Hadisə günü iş qurtardıq, Mehti mənə kirayədə qaldığı evə getməmi istədi. Dedi ev işlərinə kömək etmək lazımdır. Ona evdəkilərdən xəbərsiz gedə bilməyəcəyimi bildirdim. Atama zəng eləsə də, telefonu götürmədi. Sonra anamla danışıb icazə aldı. Yolda mağazadan özünə araq aldı. Biz gəlib evin işlərini gördük, oturub birlikdə yemək yedik".

Təcavüzə məruz qalan yeniyetmə bildirib ki, saat təxminən 23 radələrində yeməyi yedikdən sonra Mehti qapının arxasını bağlayıb:

"Belindən çıxardığı qatlanan qara rəngli bıçağın düyməsini basıb açdı. Bıçağı aralıdan mənə tərəf uzadaraq əynimdə olan paltarlarımı soyunmağa məcbur elədi. Qorxudan ağlaya-ağlaya əynimdəkiləri soyundum. Bıçağı stolun üstünə qoyub, özüdə lüt soyundu. Məni məcbur elədi ki, onun cinsiyyət orqanını oynadım. Qorxudan Mehtinin dediyini elədim. Sonra üstümə qışqırdı ki, taxtın üstünə uzanım. Qorxurdum, əlindən çıxa bilmədinm. Üstümə yıxılaraq zorla cinsi əlaqədə oldu. İşini bitirəndən sonra məni döyməyə başladı. Bu barədə kiməsə deyəcəyim təqirdə öldürməklə hədələdi. Mehtinin tam yuxuya getdiyini görüb durub paltarlarımı geyindim. O, arxadan gəlib məni vurmasın deyə bıçağı da stolun üstündən götürdüm, evə getdim. Başıma gələnləri anama danışdım".

Hakimlər kollegiyasının hökmü ilə Mehti Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onu da qeyd edək ki, Mehti Quliyev əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2673   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 605
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092