Alimlərdən yeni açıqlama: Ömrü uzatmağın 5 QIZIL QAYDASI

Alimlərdən yeni açıqlama: Ömrü uzatmağın 5 QIZIL QAYDASIAlimlər hər il qocalma prosesi ilə bağlı yeni genlər kəşf edirlər.

BiG.AZ "ölkə.az"-a istinadən bildirir ki, tədqiqatlar sübut edib ki, insan ömrünün uzanması təkcə genetika ilə bağlı deyil. Düzgün qidalanma və həyat tərzi də buna təsir edən faktorlardandır.

Az ye, çox yaşa

30 il əvvəl ABŞ-da alimlərdən ibarət iki qrup bir sıra tədqiqatlara start verdilər. İyirmi il davam edən müşahidə öz nəticəsini verdi. Az kalorili pəhrizdə oturan meymun digər qrupa nisbətən daha uzun müddət yaşadı. İkinci qrupdakı meymunlar isə şəkər, xərçəng və ürək-damar sistemi xəstəliklərindən dünyasını dəyişdi. Alimlər qrupu birlikdə işləmək qərarına gəldilər. Yeni tədqiqat zamanı məlum oldu ki, orta yaş dövründə aşağı kalorili pəhrizə oturan meymunlar daha uzun müddət yaşayıb. Tədqiqatçılar düşünürlər ki, nəticələri insana da tətbiq etmək mümkündür.

Müalicəvi aclıq

Harvardlı alimlər müntəzəm olaraq ac qalmağı məsləhət görürlər. Bu yaxınlarda aparılan tədqiqatın nəticələrinə əsasən, müvəqqəti olaraq qidadan imtina etmək hüceyrələrdə enerji mübadiləsi prosesini yaxşılaşdırır. Başqa sözlə, müntəzəm olaraq ac qalmaq qocalma prosesini yavaşladır.

150 dəqiqə idman

Uzunömürlü olmaq üçün aktiv həyat tərzi sürmək, daha çox piyada gəzmək lazımdır. Bu nəticəyə isə Kanadanın Makmaster universitetinin alimləri gəliblər. Alimlər uzun müddət 17 ölkənin 130 min sakinini müşahidə ediblər. 7 il sonra məlum olub ki, gündə yarım saat fiziki hərəkət edənlər ürək-damar sistemi xəstəliklərindən 20%, erkən ölümdən isə 28% daha az əziyyət çəkiblər.

Həftədə 750 dəqiqə idmanla məşğul olanlarda isə bu nəticə daha yaxşı, yəni 36% təşkil edib.

Elm həyatdır

2017-ci ildə britaniyalı bioloqlar müəyyən ediblər ki, insan ömrü genetik və sosial faktorlardan asılıdır.

Alimlərin əlində Avropanın müxtəlif ölkələrindən olan 600 min insanın genomları haqqında böyük məlumat olub. Dəqiq analizlər zamanı məlum oldu ki, sağlamlığa ziyan vuran bütün zərərli vərdişlər təkcə DNA ilə müəyyən edilmir.

Məlum olub ki, təhsil səviyyəsi insanın ömrünün uzun olmasına kifayət qədər güclü təsir edir. Məktəb və universitetdə hər təhsil ili insan ömrünə əlavə 11 ay qazandırır. Alimlər deyir ki, ali təhsil insanlara düzgün qidalanma və pis vərdişlərdən asılı olmamağa kömək edir.

Sirli həb

Bəşəriyyət bineyi-qədimdən dirilik suyu axtarır. Alimlər artıq onun üzərində işləyirlər. Bu barədə iki elmi məqalə dərc olunub. Heyvan orqanizmində qocalma prosesini yavaşladan maddələrdən söhbət açılıb.

İyul ayında Marşall (ABŞ) universitetinin əməkdaşları laboratoriya siçanlarının ömrünü uzadan xüsusi ferment, inyeksiya barədə məlumat veriblər. Bioloqlar bir il ərzində siçanlara yağlı qida veriblər. Bununla yanaşı yuxarıda adıçəkilən iynə heyvanlara vurulub. Nəticədə isə iynə vurulan siçanlar digərlərindən daha cavan görünüblər.

Avqust ayında isə Minnesota universitetinin alimləri də qocalığa qarşı mübarizə məsələsində yeni nəaliyyətlər barədə məlumat veriblər. Onlar müəyyən ediblər ki, müəyyən məhlullar qocalan hüceyrələri məhv edir və iltihabı azaldır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1519   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 280
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 134
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 272
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 285
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 354
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 296
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 469
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 508
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 259