Putinin "S-300" həmləsinə İsraildən cavab - HÜCUM ƏMRİ VERİLDİ

Putinin "S-300" həmləsinə İsraildən cavab - HÜCUM ƏMRİ VERİLDİ

İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş verib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda əsas nazirlərin iclasının nəticəsinə görə yayılan bəyanatda deyilir.

Qeyd edilir ki, İsrail gücləri təhlükəsizlik sahəsində Rusiyayla koordinasiyanı saxlamalıdır.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.

Ötən gün isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya iki həftə ərzində “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq.

“İki həftə ərzində Suriyanın Silahlı Qüvvələrinə “S-300” müasir zenit-raket kompleksi çatdırılacaq. Kompleks 250 kilometrdən çox uzaqlıqda hava hücumu vasitələrini ələ keçirməyə və eyni zamanda bir neçə hava hədəfini vurmağa qadirdir”, - Şoyqu vurğulayıb.

Ekspertlər hesab edirlər ki, “S-300” Suriya ordusuna ölkənin hava məkanının böyük hissəsinə, hətta İsrailin hava məkanının bir hissəsinə nəzarət etməyə imkan verəcək. Zenit-raket komplekslərinin Suriyaya çatdırılmasından sonra İsrailin bu ölkədə hava əməliyyatları keçirməsinin çətinləşəcəyi bildirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1571 Tarix: 25.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 26.09.2018
İsrailə bir şey də edə bilməzlər. Yalandan show göstərir
zor ))


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər