Hövsanda dənizdən meyiti tapılan şəxsin kimliyi bilindi

Hövsanda dənizdən meyiti tapılan şəxsin kimliyi bilindi

5 gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra məlum olub ki, meyiti tapılan şəxs paytaxt sakini Hacıyev Hacıəli Ağabala oğludur. Onun hansı şəraitdə dənizə düşməsi məlum olmasa da, meyit üzərində hansısa xəsarət aşkarlanmayıb. Bu səbəbdən də ilkin olaraq ölüm faktı intihar kimi qiymətləndirilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2020 Tarix: 25.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər