"Hər şeyi İnstaqram korladı" - İzzət
Müğənni İzzət Bağırzadə Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi müsahibə verib, sonra saytları qınayan həmkarlarından danışıb. O bildirib ki, qalmaqal yaradan bütün başlıqların günahkarı elə tanınmışlar özləridir:
"Heç kimin kiminsə şəxsi həyatına qarışmağa ixtiyarı yoxdur. Saytlara müsahibəni verən elə müğənni özüdür. Sən danışanda elə düzgün danış, o sözləri demə. Onlar da həmin sözü götürüb başlıq qoymayacaqlar. İnsan var ki, heç yazının içini oxumur, başlığa baxır və nəticə çıxarır. Çalışıram ki, müsahibə verəndə diqqətli olum, ağzımdan səhv söz tutulmasın".
İzzət uzun müddətdir gündəmdən uzaq qalmasının səbəbini açıqlayıb:
"Gəlirsən efirə cəmi iki mahnı oxuyursan. Ancaq qalmaqal, kiminsə həyatını müzakirə edirlər. Ona görə də dedim elə efirlərə çıxmasam yaxşıdır.
İndi verilən kosnertlər tutmur. Çünki ancaq toyxana mahnıları oxuyurlar. Efirə çıxıb ancaq belə mahnı səsləndirirlər. Ona görə də onların konsertinə gələn olmur. Hər şeyi İnstaqram korladı. Yeyəndə də İnstaqrama qoyurlar, nə iş görür paylaşır. Əlçatmaz deyilsən, nə edir tamaşaçı səni? Hər yerdə varsan, görünürsən. Niyə tamaşaçı konsertə gəlməlidir ki?
1991-ci ildən efirə çıxırdım, 1993-cü ildə isə artıq məşhur idim. Xalq artisti var ki, xalq onu tanımır. İllərdir mən məşhurluğumu qoruyub saxlayıram. Çox şeyi itirdim, uşaqlığım, gəncliyim, cavanlığım sənətə görə getdi. Evdə oğullarım oxuyurlar, mahnılar əzbərləyirlər, səhnə düzəldirlər. Onlarla mübarizə aparıram, istəmirəm. Əlimdən gələni edəcəm ki, olmasınlar".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Vallah, elə bir oğlana ərə gedirsən ki…"
Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt
22.04.2024 1601 "Mən itirdikcə qazandım"
"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər
24.04.2024 537 Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO
Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"
22.04.2024 3380 "Evlənmərəm" deyib böyük danışıram" - Simge
Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"
25.04.2024 235 Azərbaycanlı müğənnilər nişanlandı
Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu
22.04.2024 1309 Rafael İskəndərovdan 52 yaş videosu
Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad
23.04.2024 700 Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK
Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı
21.04.2024 9421 "Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"
Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil
25.04.2024 714 "Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı
Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı
24.04.2024 312