"Müdirə tapşırılmışdı ki, mənə kitab verməsin" - VİDEO

"Müdirə tapşırılmışdı ki, mənə kitab verməsin" - VİDEO
ARB Günəş-in “Mən məktəbli ikən” layihəsinin növbəti qonağı tanınmış alim, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova olub.

O, ilk olaraq məktəb illərindəki xatirələrini bölüşüb. Həmin gün birinci partada əyləşib, lakin ibtidai sinif müəllimi boyu digər şagirdlərdən uca olduğuna görə onu ikinci sıraya keçirib. Bu səbəbdən ilk müəllimindən inciyib. Sayalı xanım məktəb illərində ədəbiyyata, mütaliəyə böyük maraq göstərib.

“Bizim evimizdən kitabxana müdirinə tapşırılmışdı ki, mənə kitab verilməsin, çünki, gecə səhərə qədər oxuyurdum və valideynlərim düşünürdü ki, gözlərim zəifləyə bilər”.

Daha sonra Sayalı Sadıqovqa “ARB Günəş”in uşaqların ana dilini mənimsədilməsində də böyük əhəmiyyəti olduğunu qeyd edib:

“Şagirdləri ilk növbədə vətənpərvər ruhda böyütmək lazımdır. Bunun üçün ilk növbədə çalışmaq lazımdır ki, onlar öz ana dilini sevsinlər, ana dilini yaşadırsansa deməli vətəninə layiq övladsan”.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 713 Tarix: 24.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol