Mənzil alarkən nəyə diqqət yetirilməlidir?

Mənzil alarkən nəyə diqqət yetirilməlidir?İnsanlar mənzil alarkən əsas etibarilə rahat və büdcələrinə uyğun ev axtarırlar və bəzi hallarda mühüm əhəmiyyət daşıyan məsələlərə o qədər də önəm vermirlər. Nəticədə isə ev sahibi gözlənilməz problemlərlə qarşılaşır. Vətəndaşlar ev alarkən əsasən hansı məqamlara diqqət yetirməlidirlər?

BiG.AZ AZƏRTAC-a istinadən bu məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyevin mütəxəssis rəyini oxucuların diqqətinə çatdırır.

Mütəxəssis hesab edir ki, ev alarkən, ilk növbədə, onun təmirli olması, metro stansiyası və avtobus dayanacağına, bazara, ictimai yerlərə, ticarət mərkəzlərinə, məktəbə, uşaq bağçasına, idman-əyləncə, yaradıcılıq mərkəzlərinə və magistral yollara yaxınlığı, həyətyanı sahəsi, yerləşdiyi ərazi və digər amillər əsas şərtlərdir.

Başlıcasi isə, evin sənədləri qaydasında olmalıdır ki, alıcı sonradan hər hansı problemlə qarşılaşmasın. Yəni, artıq seçdiyiniz evin sahibi ilə rəsmi müqavilə bağlanmalı, evin sizin adınıza keçirilməsi ilə bağlı sərəncam olmalıdır. Eyni zamanda, keçmiş ev sahibinin kommunal borclarının olub-olmaması da yoxlanılmalıdır.

Yeni çoxmərtəbəli binalarda isə çıxarışla təqdim olunan mənzilə üstünlük verilməlidir. Yeri gəlmişkən, bu həm də yeni tikililərdə mənzil alan müştəriləri ən çox narahat edən məsələlərdən biridir. Çıxarışın olması müştərinin mənzilin tək sahibi olduğunu göstərməklə yanaşı, mənzilin bütün tikinti normalarına uyğun olduğunu və dövlət qurumları tərəfindən yoxlanıldığını və onun razılığının verilməsini sübut edir.

Mütəxəssisin fikrincə, binanın hansı tikinti şirkəti tərəfindən tikildiyini bilmək, onun əvvəlki layihələri ilə yaxından maraqlanmaq da önəmlidir.

Hazırda ölkəmizdə inşaat sektorunda əsl canlanma müşahidə olunur. Təsadüfi deyil ki, son illərdə tikilən evlərin keyfiyyəti artıb, müxtəlif konsepsiyalı layihələr həyata keçirilir. Tikinti şirkətləri biri-birindən cəlbedici şərtlər təklif etdiyindən, potensial alıcı üçün seçim etmək xeyli çətinləşib. Ayda cəmi 200-350 AZN-dən başlayan, ilkin ödənişsiz, 20 illik ipoteka, faizsiz kredit kimi təkliflər də şübhəsiz ki, hər kəs üçün maraqlıdır.

Qeyd edildiyi kimi, tikinti şirkətləri müştərilər üçün maraqlı təkliflər edirlər ki, onların biri də mənzilin ipoteka ilə alınmasıdır. Lakin bir çox hallarda bu təkliflər müştəri istəkləri ilə üst-üstə düşmür. Odur ki, ipoteka şərtlərini düzgün analiz etmək tövsiyə olunur. Bunun üçün bəzi məqamlara diqqət yetirmək zəruridir.

Mənzil həm ipoteka, həm də ki, nağd alış zamanı icbari sığortalanmalıdır. Yaşayış binasında insan həyatı üçün ən rahat və sağlam şərait olmalıdır. Bunun üçün tikili yerinin iqlim xüsusiyyətləri də diqqətlə nəzərə alınmalıdır.

Mənzil alarkən sanitar-gigiyena şəraitinin müasir tələblərə uyğunluğu və tikililərin yanğın təhlükəsizliyi nəzərdən qaçmamalıdır.

Yaşayış binaları arasında məsafələr insolyasiya (ümumi günəş radiasiyası axını), işıqlanma və yanğın təhlükəsizliyi ilə bağlı tələblərə cavab verməlidir. Həmçinin 2-3 mərtəbəli yaşayış binalarının ön və ya arxa fasadları arasında məsafə 15 metrdən, 4 mərtəbəlilərdə 20 metrdən, binaların ön və ya arxa fasadları və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə isə 10 metrdən az olmamalıdır.

Həyətlərdə istirahət və uşaqlar üçün oyun meydançalarının olub-olmadığına diqqət yetirmək lazımdır. Pilləkən qəfəslərində giriş qapıları binanın çıxış hissəsinə, mənzillərə giriş qapıları isə pilləkənlərdən içəri açılmalıdır. Eləcə də, 10 və daha çox mərtəbəli yaşayış binalarında əlavə yanğınsöndürmə tədbirləri nəzərdə tutulmalıdır. Tikinti qanunvericiliyinə əsasən belə evlərdə ikidən az olmayaraq təxliyə yolları (iki adi pilləkən) və yaxud "tüstülənməyən pilləkənlər" olmalıdır.

Pilləkən qəfəslərinin tüstülənməməyi lociyalar və balkonlar tipində açıq hava zonası ilə təmin edilməlidir. Pilləkənə bütün mərtəbələrdən çıxış yalnız tambur vasitəsilə həyata keçirilir, pilləkən qəfəsinin bir divarı isə balkon və ya lociyaya açılır, bu da tüstünün binanın başqa mərtəbələrinə yayılmasının qarşısını alır.

Çoxmərtəbəli evlərdə təxliyə yollarının tüstülənməməsinə zəmanət verən başqa üsullar da var. Məsələn, pilləkən qəfəsinə tüstünün daxil olmasının qarşısını alan süni hava dirəyinin yaradılması, soyuq şlüzlə qovuşan "çıxarılan pilləkənlər" və s.

Binalarda hər bir seksiyada: altı-doqquz mərtəbəli binalarda - 1 lift, doqquz mərtəbədən yuxarı binalarda isə 2 və ya daha çox lift - sərnişin və yük liftləri quraşdırılmalıdır. Onların yükqaldırma gücü və sayı binaların mərtəbəliliyindən, pilləkən meydançasında neçə mənzil olmasından asılı olaraq müəyyən edilir.

Çoxmərtəbəli binalarda lift şaxtası yanmayan, odadavamlı divarla çəpərlənməli və yaşayış otaqlarından səs izolyasiyası təmin olunmalı, lift şaxtaları mənzillərin yaşayış otaqlarından izolə edilməlidir.

Digər aktual məsələlərdən biri də mənzilin seçilməsidir. Adətən, müştərilərin əksəriyyəti çoxmərtəbəli binalarda 2-3 otaqlı mənzilə, həmçinin orta mərtəbələrə üstünlük verirlər.

Mənzil alarkən ailə üçün onun məişətinə, tələbatına daha çox cavab verən yaşayış sahəsi və köməkçi yerləşgələrin mövcudluğuna baxmaq lazımdır.

Mənzildə mətbəxin genişliyi və rahatlığı böyük önəm kəsb edir. Mətbəx yaxşı işıqlanmalı, lociya və ya balkona çıxışı olmalıdır. Dar və havasız bir mətbəx heç bir ev sahibinin, əsas etibarilə də qadınların xoşuna gəlməz.

Evin hər bir guşəsinə gün işığının düşməsi də əhəmiyyətli rol oynayır. Çünki qaranlıq bir evdə yaşamaq çətin ki, kiminsə xoşuna gəlsin. Bu, həm də elektrik enerjisinə qənaət deməkdir.

İnsan sağlamlığı üçün yaşayış yerləşgələrinin insolyasiyası xüsusi əhəmiyyət kəsb edir. Mənzilin günəş şüaları ilə kifayət qədər və düzgün işıqlandırılması böyük dərəcədə onun keyfiyyətini müəyyənləşdirir. Buna görə də, lazımi qədər günəş işığı ala bilən mənzil almaq daha məqsədəuyğundur.

Mənzillərin sanitar-gigiyenik rejimi üçün küləklənmənin böyük əhəmiyyəti var. Mənzillərdə ikitərəfli və ya küncdən küləklənmə şərtləri ödənməlidir. İkitərəfli küləklənmədə mənzilin iki əks paralel xarici divarları olur. Küləklənmə bu divarlardakı qapı və pəncərələrin hesabına baş verir. Küncdən küləklənmədə mənzilin iki perpendikulyar xarici divarları olur. Küləklənmə bu divarlardakı qapı və pəncərələrin hesabına baş verir.

Bütün yaşayış otaqlarının ölçüləri və nisbətləri, pəncərə və qapıların, qızdırıcı cihazların yerləşdirilməsi mənzildə zəruri əşyaların rahat yerləşdirilməsinə imkan verməlidir. Yaşayış otaqlarının hamısı lazım olan işıqlanma normasına uyğun olaraq təbii işıq ilə işıqlandırılmalıdır. İşıqlanma norması - 1:8, 1:10 götürülür.

Otaqların ölçülərinin ən yaxşı nisbətləri (otağın eninin uzununa nisbəti) 1:1 - 1:1,5-dir (1:2-dən çox olmamalıdır).

Yuxarıda sadalanan məqamlardan əlavə bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Bu, sosial məqamdır. Mənzil alanlar öz maraq dairələrinə və həyat tərzinə malik insanlarla qonşu olsalar daha yaxşı olar.

Mənzil alarkən uduzmamaq, xətaya yol verməmək, sonradan peşmanlıq hissi keçirməmək üçün bütün sənədləşmə işlərini vəkil məsləhəti, yardımı ilə rəsmi şəkildə həll etmək lazımdır.

Memarlıq-planlaşma, inşaat-tikinti ilə bağlı məsələləri və ortaya çıxan sualları isə memarların, inşaatçıların məsləhət və yardımı ilə həll etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 23 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930