Milyonçunun qızı sendviç yedi və təyyarədə öldü - FOTO

Milyonçunun qızı sendviç yedi və təyyarədə öldü - FOTO
Britaniyalı milyonçu Nadim Ednan-Laperuzanın qızı Nataşa hava limanında yediyi sendviçdən sonra London-Nitsa reysini yerinə yetirən təyyarədə allergiya tutmasından dünyasının dəyişib.

Bu barədə bazar günü, sentyabrın 23-də, The Daily Mail nəşri yazır.

“British Airways” aviaşirkətinin təyyarəsinə minməzdən əvvəl Nataşa “Pret a Manger” kafesində zeytun və artişokla sendviç yeyib.

Təyyarəni göyərtəsində 15 yaşlı qızda güclü allergiya reaksiyası başlayıb. Nataşanın atasının ona üç doza epinefrin vurmasına baxmayaraq, qızın ürəyi dayanıb.

Həkimlərin fikrincə, reaksiyaya çörəyə əlavə edilən küncüd tumları səbəb ola bilər. Britaniya qanunlarına əsasən, küncüd qablaşdırılmada göstərilən 14 allergik əlavənin siyahısına daxildir. Lakin bu tələb yeməyin hazırlandığı və bir gündə satıldığı iaşə müəssisələrinə aid deyil.

Nadim Ednan-Laperuza “Wow Toys” oyuncaq şirkətinin təsisçisidir.(oxu)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1912 Tarix: 23.09.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tilkiaylin
tilkiaylin 24.09.2018
sen bilirsən alergiyasi var qızının niyə qoyursan yiye


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər