Bu küçədə hərəkət tam dayandırıldı – YAĞIŞA GÖRƏ

Bu küçədə hərəkət tam dayandırıldı – YAĞIŞA GÖRƏ
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür: “Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik”.(publika)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4033 Tarix: 23.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ralfo30
ralfo30 23.09.2018
Azerbaycanda adamlar varki acından özünü öldürür, qəpik quruşa ağır işlər görür nə bilim pul tapmır kimlərsədə millətin pulunu belə yeyir ..heçnə yoxdur ölkədə bütün sahələr bu vəziyyətdədir. buqədər pulu yeyib neyniyirsize ..elə yağış yağan ölkədə deylik.. milləti vecinə alan sayıb seçəndə yoxdur onsuzda. yalandan ucuz abilsovkayla üstü bəzəyirlər ama altı təzəkdi.. heyif miliyardlardan yazıq millət
ataxanli
ataxanli 23.09.2018
Bakı Venetsiyaya Venetsiyadan çox oxşayır.
zor ))


 
Vendetta13
Vendetta13 23.09.2018
Küçələrə su səpmişəm yar gələndə toz olmasın)))


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər