Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında... – ÖLƏN VAR

Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında... – ÖLƏN VAR
Bakıda intihar hadisəsi baş verib.

BiG.AZ-ın publika.az-a istinadən məlumatına görə, dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 – qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub. Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi “Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.

Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.

Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6504 Tarix: 23.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər