Gənc oğlan intihara cəhd edib

Gənc oğlan intihara cəhd edib
Şamaxı rayonunda yerli sakin intihara cəhd edib.

BiG.AZ "report"-a istinadən bildirir ki, rayonun Şəhriyar qəsəbə sakini, 1995-ci il təvəllüdlü İntiqam Bəxtiyar oğlu Rəfiyev axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib.

Hadisədən xəbər tutan İ.Rəfiyevin valideynləri dərhal Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən İ.Rəfiyevin vəziyyəti ağırdır.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 489 Tarix: 23.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər