Bu məhsulları almayın – Qadağa bu gün qüvvəyə minir

Bu məhsulları almayın – Qadağa bu gün qüvvəyə minir
Bu gündən etibarən mağazalarda "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" qorox qida məhsulları satılmayacaq.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu məhsulların mağazalardan yığışdırılmasına səbəb onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.

Adıçəkilən məhsullar ölkəyə idxal olunarkən müvafiq laboratoriyalarda müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar - bakteriyalar aşkar edilib.

Bu səbəbdən AQTA mağazalara 22 sentyabr tarixinə kimi vaxt vermişdi. İnsan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalı idi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5957 Tarix: 22.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol