Linza istifadəçilərinə XƏBƏRDARLIQ - TƏHLÜKƏLİ İNFEKSİYA

Linza istifadəçilərinə XƏBƏRDARLIQ - TƏHLÜKƏLİ İNFEKSİYA

İngiltərənin göz xəstəlikləri üzrə mütəxəssisləri linza istifadəçilərinə xəbərdarlıq ediblər.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, nadir rastlanan və korluğa səbəb olan infeksiyaya səbəb olan göz linzalarından istifadə edərkən gigiyenik qaydalara mütləq riayət etmək lazımdır.

Londondakı Morfilds Göz Xəstəxanasının həkimlərinin rəyinə əsasən, qarşısı alına bilən xəstəlik sayılan "Acanthamoeba keratitis" adlı infeksiya gözün ön hissəsində iltihab yaradır. Bu təhlükəyə ən yaxın isə linza istifadəçiləri hesab olunur.

Bildirilir ki, linzaları çıxararkən və taxarkən gigiyenik qaydalara əməl olunmalıdır. Linzayla birlikdə duş qəbul etmək və ya suda üzmək də risklidir.

İnfeksiyaya məruz qalan xəstələr görmə qabiliyyətini 25 faiz itirə və ya tamam kor ola bilərlər.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 432 Tarix: 22.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər