Bakıda tutulan manyak: "Mini ətəkdə qadın görəndə qucaqlayıram" - VİDEO

Bakıda tutulan manyak: "Mini ətəkdə qadın görəndə qucaqlayıram" - VİDEO

Bakıda yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib.

R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 20-a yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.

“Qarşıma mini ətəkdə qadın çıxanda qucaqlayıb buraxıram. Təxminən 20 qadına qarşı bu hərəkəti etmişəm. Təbi gələndə özümdən asılı olmur”, - deyə o bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

mənbə: oxu.az

***
Bakıda qadınlara və yetkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən BiG.AZ-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. R.Süleymanovun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3165 Tarix: 21.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər