"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı

"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı

Deputat Fazil Mustafa Türkiyədə öldürülən azərbaycanlı iş adamı Etimad İsmayılovla birgə şəklini sosial şəbəkədə paylaşaraq dostluq münasibətlərindən yazıb.

BiG.AZ xəbər verir ki, o, həmin fotonun İstanbulda balıq restoranında çəkildiyini bildirib.

Millət vəkili vurğulayıb ki, şəkil ötən ay çəkilib: “Çılğın və mərd oğlan! Aĺlah günahlarını bağışlasın!".

Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı azərbaycanlı iş adamı Etimad İsmayılov 2 gün öncə Türkiyənin İstanbul şəhərindəki ofisində güllələnib. Başından 2, sinəsindən 1 güllə yarası alan İsmayılov xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onu qətlə yetirənin azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirovun olduğu bildirilir. Silahlı hücumu törətməkdə günahlandırılan Gözəl Dəmirov artıq polislər tərəfindən saxlanılıb. İddialara görə, Gözəl Dəmirovun Etimad İsmayılova borcu olub. Hadisə də bu səbəbdən baş verib. Qətli törədən Gözəl Dəmirov da azərbaycanlıdır.

Aysel Yusifqızı
"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1402 Tarix: 21.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər