Bakıdakı qəzada cəsədi tanınmaz hala düşən Hafizin FOTOSU: Evin tək oğlu idi...

Bakıdakı qəzada cəsədi tanınmaz hala düşən Hafizin FOTOSU: Evin tək oğlu idi...
Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli "Hyundai" markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.

Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.

Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:

"Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 9846 Tarix: 21.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər