Ronaldonun bacısı danışdı: "Qardaşımı məhv etmək istəyirlər"

Ronaldonun bacısı danışdı: "Qardaşımı məhv etmək istəyirlər""Yuventus" futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Valensiya" ilə səfər matçında qardaşının qırmızı vərəqə almasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bununla bağlı o, özünün "İnstaqram" hesabından yazıb: "Bu, futbol üçün biabırçılıqdır. Ədalət bərpa olunacaq. Qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür".

Qeyd edək ki, K.Ronaldo 29-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1808   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş