Avtomobilin əyləci işləmədi, 8 nəfərin üstündən keçdi

Avtomobilin əyləci işləmədi, 8 nəfərin üstündən keçdi

Kolumbiyada Guadas şəhərində dondurma paylayan yük maşınının ətrafına yığışanları avtomobil vurub.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ölənlərdən 4-ü hadisə yerində, qalanları isə xəstəxanada dünyasını dəyişiblər.

Hadisənin terrorla əlaqəsi yoxdur. Belə ki, sürücü əyləc sistemində yaranan problemə görə avtomobilini idarə edə bilməyib və nəticədə sərinləşdirici içkilər, dondurma paylayan yük maşınının ətrafına yığışanları əzib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 356 Tarix: 20.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol