"Fastfood" qidalarını tərk edə bilməyənlər nə etməlidir?

"Fastfood" qidalarını tərk edə bilməyənlər nə etməlidir?Qısa müddət ərzində hazırlanan və artıq həm qlobal və həm regional fakta çevrilən "fastfood" adı ilə məşhur olan qidaları bu gün elmi olaraq araşdırmaq istədik. Araşdırmalarımız zamanı bunu da bilirdik ki, "fastfood"dan tam imtina artıq müasir dövrümüzdə qeyri-mümkün bir hala çevrilib. Lakin biz necə edək ki, "fastfood" adlı qidaları zərərsiz halda yeyək və ya necə edək ki, bu qidalar bizə az zərər versin?

Bir haşiəyə çıxıb, bu araşdırma zamanı bizim üçün aydın olan bir faktı siz əziz oxucuların diqqətinə çatdırmaq istərdik. Heç düşünmüşükmü, görəsən niyə "fastfood" adlı qidaları insanlar bir dəfə qəbul etdikdən sonra, ondan əl çəkə bilmir?

BiG.AZ deyerler.org-a istinadən bildirir ki, dunun səbəbi çox sadədir. Bu, Çində istehsala başlayan və ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilmiş "Monosadyum glutamat" adlı duza görədir. Qısa adı MSG olan duzun tərkibində olan mineral maddələr vasitəsilə, mədə şirəsini həddindən artıq sulandırmaq və beyinlə mədə arasında sinir kanalı yaradaraq, orqanizimdə MSG maddəsini yenidən istifadə etmək meyli oyatmaq gücünə malikdir. Bundan əlavə, dünyada ticarət sektorunda bu duzun adı müxtəlif cür adlandırılmaqdadır. Buna misal olaraq: "AJI-NO-MOTO®", "Vetsin" və "Ac'cent"i göstərmək olar. Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, "fastfood" qidalarına vurulan MSG duzunun vasitəsilə, insanlarda "fastfood"a olan marağı və meyli oyandıran Çin, ABŞ və qida sektorunda söz sahibi başqa ölkələr, "fastfood" bazarının inkişafını bu cür təmin edirlər.

İndi isə, gələk mətləbə. "Fastfood"lar bufetlərdə, səyyar satış yerlərində, paket servislərdə və ən nəhayət - nəhəng "fastfood" restoranlarında günü-gündən gənc, uşaq və orta yaşlı təbəqənin marağını özünə cəlb edir.

Bəs görəsən, hansı qidalar "fastfood" olaraq adlandırılır?

İlk əvvək bunu qeyd edək ki, "fastfood" qidalarına hər gün gərgin iş qrafikinə uyğun işləyən insanlar daha çox müraciət edirlər. Bu isə, onların sağlamlıqlarına ciddi zərər vurur. "Dünya Qida Təşilatı" (FAO) isə, "fastfood" qidalarına: hamburgeri, rəngli və boyalı suları, dönəri, lahmacunu, soyuq sendviçləri, qızardılmış kartofu, tez qızardılmış toyuğu və tez hazırlanan balıq məhsullarını, pizzanı və s. daxil edirlər.

Bəs "fastfood" harada yaradılıb və zərərləri nədir?

Amerikadan bütün dünyaya sürtəli bir şəkildə yayılan "fastfood" adlı sürətli və tez hazırlanan qidalar gənc və uşaqların çox tez-tez müraciət etdiyi qidalar sırasındadır. Bu tendensiya ABŞ höküməti tərəfindən dəfələrlə etirazla qarşılansa da, "fastfood"un tez hazırlanması və ən əsası hazırlanması zamanı ciddi vaxt tələb etməməsi onun etirazlara baxmayaraq populyarlaşmasına səbəb oldu. Bu, əsasən anaları bütün günü işdə olan uşaqların və bütün günü oturaq həyat tərzi keçirən və ofisdə işləyən insanların bir nömrəli qidasına çevrilməli oldu. Bu isə, orqanizmə çox cidddi zərbə vurur. Ümumiyyətlə, "Dünya Səhiyyə Təşkilatı"nın apardığı sorğu nəticəsində yüksək təzyiqə, qlobal piylənməyə, sinir sisteminin pozğunluğuna, sümüklərin çürüməsinə və yaxud sıradan çıxmasnaı, uşaqlarda əqli pozğunluqlara və başqa xəstəliklərə "fastfood"un səbəb olduğu üzə çıxıb. Buna görə də mütəxəssislər "fastfood" qidalarının zərərlərini azaltmaq üçün bir sıra tövsiyələr veriblər.

Hamburger

Zərəri azaltmaq üçün mütəxəssislər hamburgerdən əvvəl az yağlı salat yeməyi və daha sonra hamburgerə başlamağı məsləhət görürlər. Beləliklə də hamburgeri çox miqdarda yeməkdən imtina edəcəksiniz.

Hamburgerin yanında qazlı su içməyin. Məsləhətdir ki, adi suya keçid edəsiniz.

Hamburgerlə birlikdə qızardılmış kartof əsla yeməyin. Çünki bu, qanda şəkəri çox pis şəkildə qaldırır.

Neçə müddətdən bir hamburger yemək məsləhətdir?

Mütəxəssislər 15 gündən bir, günorta yeməyində hamburgeri yeməyi məsləhət görürlər, lakin yuxardakı şərtlər daxilində.

Qızardılmış kartof

Qızardılmış kartofun içində nə var? Çoxlu karbohidrat, bol miqdarda duru yağ və təbii ki, kartof dənələri.

Zərərlərini azaltmaq üçün, qızardılmış kartofu çox duzlu yemək olmaz. Lakin ketçup və xardalla yemək olar. Lakin qətiyyən qızardımış kartofu mayonezlə yemək olmaz.

Neçə vaxtdan bir yemək məsləhətdir? Qızardılmış kartofu həftədə bir dəfədən çox olmayaraq yemək məsləhət görülür, amma günorta vaxtı yeyilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 511   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447