Nyu-Yorkun yüksək dəb səhnəsində Azərbaycanlı sima (Fotolar)

Nyu-York, 23 aprel (AzərTAc). Nyu-Yorkun mədəni həyatının aparıcı nəşrlərindən biri olan ""Time Out" jurnalının aprel buraxılışının üz qabığında azərbaycanlı model Rüstəm Cəbrayılovun şəkli yerləşdirilmişdir.
Populyar jurnalın üzərində şəklini görmək hətta Rüstəm Cəbrayılovun özü üçün də sürpriz olmuşdur.
Son zamanlar dünyanın qabaqcıl dəb mərkəzi olan Nyu-Yorkda fəaliyyətini davam etdirən gənc model "AzərTAc"-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, iştirak etdiyi çoxsaylı fotosessiyaların məhsulunun harada yerləşdiriləcəyini əvvəldən əksər hallarda özü də bilmir. Yaponiyadan Argentinaya qədər istənilən ölkədə işıq üzü görə biləcək reklam və ya jurnal, istehsal markası onlardan istifadə edə bilər. Ona görə də bu ay təsadüfən köşkün yanından keçərkən öz şəklini "Time Out"un üz qabığında görmək ona sonsuz məmnunluq bəxş etmişdir. 25 yaşlı model məşğul olduğu peşəyə görə təsadüflərə minnətdardır.
Manhəttəndəki "Güllüoğlu" türk kafesində Rüstəmlə çay süfrəsi arxasında söhbət edərkən bunları bildirmişdir: Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbəsinə yaddaqalan görünüşünə görə şou-biznesə qatılmağı tez-tez məsləhət görsələr də, o, bunu dost-tanış və ailəsinin sadəcə xoş arzusu kimi qəbul edərək məsələyə ciddi yanaşmırdı. Lakin bir gün dərsə gedərkən metrostansiyanın çıxışında iki prodüser ona yaxınlaşaraq reklamda çəkilməyi təklif etmişdir. Layihə uğurlu alındıqdan sonra Rüstəmin də həvəsi artmış, modellik sahəsinə maraq göstərməyə başlamışdır.
O, "Best Model of Azerbaijan- 2006", Türkiyədə isə "Best Model of the World- 2007" müsabiqələrinə qatılaraq qalibi elan edilmişdir. "İstanbulda dünya birinciliyini qazanacağıma heç inanmırdım. Buraya 89 ölkə ən peşəkar nümayəndələrini göndərmişdi. Mənim adım çəkiləndə, yadımdadır, o qədər həyəcanlı idim ki, qadın modellər arasında birinciliyi qazanan nigeriyalı xanımın paltarının üstündən tapdalayıb keçmişdim", – deyə Rüstəm gülümsəyərək söhbətinə davam edir.
Bu qələbədən sonra o, Türkiyədə film çəkilişlərinə dəvət almışdır. Lakin qlobal iqtisadi böhran İstanbulun şou-biznesinə də təsir edərək layihələri ləngitmişdir. O, deyir: "Doğrusu, bundan sonra bir qədər məyus olub həvəsdən düşmüşdüm. Lakin tale elə gətirdi ki, 2010-cu ildə Amerikaya köçüb ailə qurdum. Burada da təsadüf nəticəsində bir gün mənə sənədlərimi modellik agentliklərinə göndərməyi təklif etdilər. Portofliomu bəyənib qəbul etdilər. Ondan sonra olduqca gərgin bir iş cədvəlim başladı. Hərdən elə olur ki, həftədə 40-dan çox sınaq çəkilişində iştirak edirəm. Cəmi bir neçə aydır işləyirəm, amma bəxtimdən artıq "Louis Vuitton", "Christian Dior", "Armani Exhcnage" kimi brend adlarla işləyən şirkətlərlə əməkdaşlıq etmişəm".
Rüstəm Cəbrayılovun adı beynəlxalq moda aləmində nüfuzlu tədbirlərdən biri hesab edilən "Nyu-York dəb həftəsi" üçün də seçilən azsaylı modellərin arasındadır. O, Maykl Bastian, Niko və Adrian kimi tanınmış amerikalı dəb dizayn ustalarının bu fəsil üçün kolleksiyalarını səhnədə təmsil etmişdir. Rüstəmin nümayiş etdirdiyi kişi kostyumları "Los-Anceles Tayms", "Nyu-York Tayms" kimi qəzetlərin səhifələrinə yol tapmışdır.
Azərbaycanlı modelin şəklinə bu gün tez-tez yüksək dəb barədə yazan onlayn nəşrlər və bloqlarda da rast gəlmək olur. Bu yaxınlarda onun işi "Centlmen belə görünməli", "Bissu" kimi jurnallarda da əksini tapmışdır. "Dəb sənayesinin mərkəzində Azərbaycanı tanıyırlarmı" sualına gənc model belə cavab verir: "Təəssüf ki, əksəriyyəti hələ tanımır. İştirak etdiyim fotosessiyalara gedərkən ən birinci sual "haralısan" olur. Azərbaycanın Türkiyəyə yaxın olduğunu bildirərkən təsəvvürləri yaranır. Bizim bu sahədə söz deyəcəyimiz günlər, görünür, hələ qabaqdadır".
Rüstəm Cəbrayılov ümid edir ki, Nyu-Yorkda modellik sahəsində atdığı kövrək addımlarla Azərbaycanımızın bu sahədə tanınmasına öz kiçik töhfəsini verə bilər. Bizə isə gənc azərbaycanlı modelə bu işdə uğurlar arzu etmək qalır.

Nyu-Yorkun yüksək dəb səhnəsində Azərbaycanlı sima (Fotolar)Nyu-Yorkun yüksək dəb səhnəsində Azərbaycanlı sima (Fotolar)Nyu-Yorkun yüksək dəb səhnəsində Azərbaycanlı sima (Fotolar)Nyu-Yorkun yüksək dəb səhnəsində Azərbaycanlı sima (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7350   Tarix: 23 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925