Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc OLAY - FOTO

Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc OLAY - FOTORedaksiyamıza müraciət edən Şəhla Fəttayeva maraqlı və eyni zamanda qorxunc bir iddia irəli sürüb. Şəhla Fəttayevanın iddiasına görə, 3 il öncə Tural Təyyar oğlu Mehdili adlı polis işçisi öz ofisində ona təcavüz edib. Xanım dəfələrlə Tural Mehdilinin işlədiyi polıs məntəqəsinə gəlib və hər dəfəsində də Tural Mehdili onu şantaj edəcəyi ilə hədələyib, cinsi əlaqədə olub. Fakt özü- özlüyündə qorxunc səsləndiyi üçün məsələni ətraflı şəkildə araşdırmağa qərar verdik.

Əldə etdiyimiz məlumata əsasən, daha doğrusu Şəhla Fəttayevanın daha sonra özünün dilə gətirdiyi kimi, Tural Mehdili əslində onu şantaj etməyib. O əslində Turalın evli olduğunu bildiyi halda münasibətdə olub, sonra Turalın ata- anasının yanına gedərək oğlanlarının onu aldatdığını, evlənməli olduğu halda, evlənmədiyini söyləyib. Şəhla Fəttayevanın iddiasına görə, polis leytenantı ondan 5000 manat borc alıb və o pulu da geri qaytarmır. Qarşı tərəfi ittiham edərkən nalayiq ifadələr işlətməkdən çəkinməyən Şəhla Fəttayeva Tural Mehdili ilə əlaqədar Daxili İşlər Nazirliyinə və digər əlaqədar qurumlara şikayət edəcəyini bildiridi. Məsələylə bağlı qarşı tərəfin də rəyini öyrənməyi özümüzə borc bildik.

BiG.AZ xəbər verir ki, News24.az-ın məsələylə bağlı suallarını cavablandıran Tural Mehdilinin sözlərinə görə, əslində o özü jantajın qurbanı olub: "3 il öncə bu xanım özü qardaşı ilə bağlı şikayət ərizəsi ilə idarəmizə müraciət etmişdi. Ərizəni verdikdən sonra tez- tez nəticəni öyrənmək üçün əlaqə saxlayırdı. Sonra bir gün özü məndən xoşlandığını dilə gətirdi. Həmin vaxt "yox" cavabı versəm də, rəisimə yaxınlaşıb mənim ona təcavüz etdiyimi söyləmişdi. Bu qadın inanılmaz bir şəkildə mənimlə görüşməyi tələb edir, əgər razı olmazsam bütün ailəmə və həyat yoldaşıma da eyni şəkildə təhdidlər edəcəyini deyirdi. Mənim tək səhvim vaxtında bu hadisəni ailəmə deməməyim oldu. Özüm polis olsam da, bir qadının şantajına qurban getdim. Mən o xanımdan bir qəpik də borc almamışam. Bu onun son günlərdə uydurduğu bir yalandır. Düz 3 il ərzində o mənim ailə həyatım, karyeramı dağıdacağı ilə təhdid edərək, məni öz istəklərinə boyun əyməyə məcbur edib. Bu gün artıq hər kəs hər həqiqəti bilir. İndi nə istəyir, mən anlamıram. Mənim səhvim o oldu ki, gərək ailəmə bütün həqiqəti zamanında deyəydim, bu biabırçılıq yaşanmayaydı",- deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15872   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 123
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 509
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 0
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 248
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 33
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 225
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 0
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 119
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 157