Vurulan rus təyyarəsi barədə SENSASİYALI İDDİA: Əsəd və İsrail...

Vurulan rus təyyarəsi barədə SENSASİYALI İDDİA: Əsəd və İsrail...Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi rəsmi informasiyaya görə, Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub, amma təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması istisna edilmir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın "Apostrof" nəşrinə açıqlamasında "Razumkov Mərkəzi"nin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramları üzrə direktoru, müdafiə nazirinin keçmiş köməkçisi Aleksey Melnik bildirib.

"Aydındır ki, bu, təsadüfdür. Amma bu, dəfələrlə xəbərdarlıq edilən faciəli təsadüfdür. Bu ərazidə böyük miqdarda oyunçu cəmlənib və koordinasiya xətlərinin mövcudluğuna baxmayaraq, belə hadisənin baş vermə ehtimalı fövqəladə dərəcədə yüksək idi. Və indi bu reallaşdı. Adətən "özününkü-yad" tanıma sistemləri olur və raket təyyarəni vurmamalı idi. Mümkündür ki, texniki problemlər olub. Bundan başqa, məlum olduğu kimi, təyyarəni vuran raket və sistem də həmçinin Rusiya istehsalı idi. İstisna etmək olmaz ki, düyməni suriyalılar deyil, Rusiya təlimatçıları basıb. Dəfələrlə qeyd edilib ki, onlar yalnız suriyalıları öyrətmirlər, həm də bilavasitə bu silahı tətbiq edirlər. Yəni mənim fikrimcə, o haqda informasiya sıza bilər ki, Rusiya təyyarəsi Rusiya silahı ilə Rusiya hərbi qulluqçularının əlləri ilə vurulub", - Melnik deyib.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan Vladimir Putin arasında əldə olunan İdlib razılaşmasına toxunan ekspertin sözlərinə görə, razılaşmanın uzun müddət davm edəcəyini demək çətindir.

"Ən azından indi orada təmas zonası yaradılır. Orada Rusiya hərbi polisi və Türkiyə Silahlı Qüvvələrini birgə nəzarət edəcəklər. Amma məlum deyil ki, bu razılaşmalar neçə vaxt qüvvədə qalacaq. Hər tərəf öz güclərinin yenidən qruplaşdırılması və mövqelərin gücləndirilməsi üçün bu barışıqdan istifadə etməyə çalışacaq. Və kimdəsə hansısa bir anda əsəblər dözməyə bilər".

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

İdlib razılaşmasına görə isə, bölgədə silahsız xətlər qurulur. Bu xətlərdən biri İdlibin Lazkiyə sərhədi boyunca cənuba qədər uzanır. Digəri isə Hələb sərhədindən aşağı enərək, Lazkiyə sərhədi ilə kəsişir. Xətlər Lazkiyə və Hələbdən müxaliflərlə mülki şəxslərin yaşadığı İdlibin içinə qədər daxil olur. Yəni 20 kilometr genişliyindəki xəttin 10 kilometri Lazkiyə, yaxud Hələbin, 10 kilometri isə İdlibin içinə daxil olacaq. Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq. Razılaşma 15 oktyabrdan etibarən qüvvəyə minir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 919   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 56
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237