"Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü, ya da... - FOTO

"Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü, ya da... - FOTOAtamla anam məni azad yaşamağa qoymurlar. Onlar demokrat və mütərəqqi insanlar olduqlarını desələr də, tam tərsidir. Atam bakirəliyimi yoxldatdı, sonra dedi ki, ya ölümü, ya da əmim oğlunu seçməliyəm.

London sakini, 18 yaşlı Safiyə Eydani belə deyir.

BiG.AZ Milli.Az-a istinadən bildirir ki, Londondakı Kinqston Kral Məhkəməsində (Kingston Crown Court) Safiyənin şikayəti əsasında məhkəmə prosesi başlanıb. O, atası, 56 yaşlı Əli Səfərini və anası, 42 yaşlı Mitra Eydanini məhkəməyə verib.

Onun dediyinə görə, valideynlərinin sərt və amansız təzyiqi ilə qarşılaşması ilə bahəm, ölüm təhdidi ilə üzləşib.

Safiyə şikayətində bildirib ki, anası onu dişləyib, atası isə bıçaqla başını kəsmək istəyib.

Londonun cənubunda yaşayan Safiyə "azad, Qərb həyatı" yaşamaq istəyir. 18 yaşlı qızın 18 yaşlı Beyli Marşal-Tefler adlı sevgilisi də var.

Hər şey də Əli Səfərinin işdən evə qayıdanda qızını qonaq otağında Beyli ilə görməsindən sonra başlayıb.

"Atam qışqırdı, söydü, Beylini qovdu. Sonra məni vurub yerə yıxdı, qaçıb mətbəxdən bıçaq götürdü ki, əxlaqsız olduğum üçün başımı kəsəcək. Qaçıb qonşuya getdim. Arxamca anam gəldi, məni dartaraq zorla evə apardı. Orada məni döydülər", - Safiyə deyib.

Bir neçə saat sonra isə valideynləri Safiyənin bakirəliyinə əmin olmaq üçün onu Həkimə aparıblar.

Həkim Coan Elison faktı təsdiqləyib.

Əli Səfəri məhkəmədə deyib: "Britaniyada yaşasaq da, iranlıyıq, öz adət və ənənələrimiz var. Qızımızın azadlığı, insan haqlarını başıpozuqluq kimi anlamasına qarşıyam".

Onun sözlərinə görə, qızını İrana, nənəsinin yanına yollamaq və orada da Safiyəni əmisi oğluna ərə vermək niyyətində olub.

"Qızımı öldürmək istəməmişəm və mətbəx bıçağı ilə onun başını kəsmək fikrində olmağımla bağlı deyilənlər yalandır", - Əli Səfəri deyib.

18 yaşlı Marşall Tefler isə məhkəmədə verdiyi ifadəsində bildirir ki, Əli Səfəri onu evinin qonaq otağında görəndə hirslənib və hədələyib: "Mənə dedi ki, rədd olum, gedim və bir daha Safiyəyə yaxınlaşmayım. Əks halda çox pis olacaq".

Proses davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10553   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447