İTV-nin rəhbərliyində daha bir DƏYİŞİKLİK

İTV-nin rəhbərliyində daha bir DƏYİŞİKLİK
İctimai Televiziyada kadr dəyişiklikləri davam edir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxması ilə bağlı rəhbərliyə müraciət edib.

Telekanal rəhbərliyi Ə.Vəliyevin ərizəsini qəbul edib.

Qeyd edək ki, Ələsgər Vəliyev 2000-2001-ci illərdə "7 gün", 2002-2005-cü illərdə "Həftə içi" qəzetlərində, 2005-2006-cı illərdə İctimai radionun İnformasiya Departamentində redaktor, 2006-2011-cı illərdə İctimai Televiziyanın İnformasiya Departamentində böyük redaktor vəzifələrində çalışıb.

2012-2016-cı illərdə həmin departamentdə şərhçi vəzifəsində işləyib. 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən isə o, İTV-də departament rəhbəri idi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 652 Tarix: 16.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 16.09.2018
Menasiz bir kanaldir sadece
Everything is good... Never feel the bad


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər