Azərbaycanda 17 yaşlı oğlan anasını döyən atasını baltaladı

Azərbaycanda 17 yaşlı oğlan anasını döyən atasını baltaladı
Göygöl rayonunda qətl hadisəsi törədilib.

BiG.AZ report-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Ramil Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1056 Tarix: 16.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 16.09.2018
Ne deyim bilmirem..
Everything is good... Never feel the bad


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər