Yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatına son qoyub - VİDEO

Yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatına son qoyub - VİDEO
Bakıda avtobus yolu keçmək istəyən piyadanı vurub.
Avtobusun altında qalan piyada elə yerindəcə can verib.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Hövsan qəsəbəsində baş verib. Görüntüləri hadisə yerində olan vətəndaşlardan biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi avtobus ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şamaxıda da piyadanı avtomobil vurub. Hadisə Şamaxı- Göylər - Padarçöl avtomobil yolunda baş verib. Avtomobil yoldan keçən piyada, Şamaxı rayon Quşçu kənd sakini, 15 yaşlı Müraciət İsmayılovu vurub. Ağır xəsarət alan yeniyetmə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Müraciət İsmayılov xəstaxanada vəfat edib. Hadisəni törədən avtomobilin sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 726 Tarix: 16.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 16.09.2018
Ehhh
Everything is good... Never feel the bad


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər