Xalq artistləri ilk dərs günü xatirələri: "Anam öz paltarını mənə tikdi ki, məktəbə gedim"

Xalq artistləri ilk dərs günü xatirələri: "Anam öz paltarını mənə tikdi ki, məktəbə gedim"15 sentyabr Azərbaycanda "Bilik günü" kimi qeyd olunur.

BiG.AZ xəbər verir ki, Azərbaycanın tanınmış xalq artistləri ilk dərs günü xatirələrini AzEdu.az-labölüşüblər.

Flora Kərimova: "Gecə oyanıb gördüm ki, sabah məktəbə gedə bilim deyə anam öz paltarını mənə tikib"

Xalq artisti ilk dərs gününü məhz bu cür xatırlayır:

"Birinci sinfə 71 il öncə getmişəm. Həmin tarix müharibədən sonrakı vaxtlara təsadüf edib. Buna baxmayaraq ölkə kasıblığımız hiss olunmasın deyə əlindən gələni etdi. O zaman kimsəsizlərə paltar paylayardılar, yemək verirdilər. Biz çox kasıb idik. Gecə oyanıb gördüm ki, sabah məktəbə gedə bilim deyə, anam öz paltarını mənə tikib".

Mənsum İbrahimov: "Çox sakit və utancaq uşaq olmuşam"

Xalq artisti, xanəndənin sözləriylə desək, o, ilk müəllimi Sənubər xanımı hələ də unuda bilməyib:

"Birinci sinfə Ağdamda getmişəm. İndiyə qədər bizə əlifbanı, partada əyləşməyi öyrədən, bizim ana qədər qayğımıza qalan ibtidai sinif müəlliməm Sənubər xanımı hörmətlə xatırlayıram. Məktəbimiz 8 illik və çox ciddi nizam- intizamın hökm sürdüyü təhsil ocağı olub. O dövrdə mənimlə oxuyan uşaqlar yüksək göstəricilərlə ali təhsil müəssisələrinə qəbul olunublar və hazırda da yaxşı vəzifələrdə çalışırlar.

Birinci dəfə dərsə gedəndə uşaqda istər-istəməz kövrəklik yaranır. Çox sakit, sözəbaxan, utancaq uşaq olmuşam. Sonra müəlliməmizin səyləri nəticəsində hər birimiz böyük həvəslə dərslərimizi öyrənir və səhər tezdən durub həvəslə məktəbə gedirdik".

Mənsum İbrahimov fürsətdən istifadə edərək bütün şagird, tələbə və müəllimləri bir sözlə, təhsil işçilərini "Bilik günü" münasibətilə təbrik edib.

Gülyaz Məmmədova: "İbtidai sinif müəlliməm də daxil olmaqla, sinfin yarısı qohumum idi"

Xalq artisti Gülyaz Məmmədova məktəbə kəndin bu başından o başına piyada getdiyi zamanları xatırlayır:

"Birinci sinfə Şəkinin Böyük Dəhnə kəndində getmişəm. Məni İlk dəfə məktəbə qardaşım aparıb. Oturub maraqla müəllimlərin üzünə baxırdıq. Həmin gün kövrəlmişdim. İbtidai sinif müəlliməm dayımın həyat yoldaşı olub. Sinifdə təhsil alacaq 31 şagirddən 15-i isə qohumlarım idi: "Xalam, əmim, dayım qızları ilə bir yerdə oxumuşam. Ən böyük maraq da bu olub. Kəndin bu başından o başına dərsə getdiyim yola indi baxanda bu yolu piyada necə gedə bildiyimi düşünürəm. Məktəbimiz çox köhnə idi. Hazırda yaradılan şəraitə görə isə ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1072   Tarix: 15 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1357
.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14.04.2024 455
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 3718
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14.04.2024 1006
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 782
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

11:50 921
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

11:15 510
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1463
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1367