Kübra Əliyeva rəhmətə gedən oğlundan danışıb kövrəldi - VİDEO

Kübra Əliyeva rəhmətə gedən oğlundan danışıb kövrəldi - VİDEO

"Xəzər TV"də əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" verilişində kövrək anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, verilişdə ekspert qismində əyləşən əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlunu xatırlayıb.

Əməkdar artist yoxluğu ilə barışa bilmədiyi övladı haqqında bunları deyib:

"Beş dil bilən oğlum idi. Mən oğluma xərclədiyim pullarla bəlkə də Bakıda 17 mərtəbəli ev tikərdim. Halalı olun. Mən bu gün onun balası Ağəli üçün yaşayıram. Allah heç bir anaya bala dağı göstərməsin. Mənim ixtiyarım olsaydı oğluma tale yazardım. Heç olmasa ona düzgün yol , həyat, xoşbəxtlik yazardım. Bu, mənim əlimdə deyil. Taleyi tanrı yazır".

Xatırladaq ki, Kübra Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ilin sentyabrında dünyasını dəyişib.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 956 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol