Vəfat edən azərbaycanlı jurnalistin SON PAYLAŞIMI - SKRİNŞOT

Vəfat edən azərbaycanlı jurnalistin SON PAYLAŞIMI - SKRİNŞOT

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən tanınmış jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı vəfat edib.

Bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.
Nigar İsmayılqızı sonuncu dəfə sosial şəbəkə hesabında Ramiz Rövşəndən sitat paylaşıb.

Sözügedən paylaşımı təqdim edirik:

Vəfat edən azərbaycanlı jurnalistin SON PAYLAŞIMI - SKRİNŞOT

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.

O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb.

ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb.

Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib.

Ardınca “Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.

2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər ƏliyevFondu ilə əməkdaşlıq edib.

Metbuat.az kollektivi adından həmkraımızın ailəsinə dərin başsağlığı veririk...

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3846 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol