Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO)

Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO)

Şağan Olimpiya İdman Kompleksi Birinci Beynəlxalq Döyüş Sənətləri Festivalı turniri keçirilib. Yarışın açılışına Azərbaycan Respublikasının Dövlət himni ilə start verilib.

Yarışın təşkilatçısı Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy və Gənclər və İdman Nazirliyi idi.

A.Həsənsoy turnirin açılışını elan edib və hər kəsə uğurlar arzulayıb. O bildirib ki, yarış həm də Bakının azad edilməsinin 100 illiyinə həsr olunub.

Federaisya prezidenti təşkil etdikləri yarışla bağlı danışıb:

"Əslində bu yarışı təşkil edərkən daha çox idmançının qatılacağını düşünürdük. Çünki burada tək mənim rəhbəri olduğum federasiyalara aid idmançılar qatılmayıb. Digər idman növlərindən də idmançılar qatılıb. Muay-Tay, Uşu, Kunq-Fu, Free-fighting (qaydasız döyüş), Taekvondo (İTF) və Alpaqut döyüşləri üzrə yarışlar keçirilib. Amma indi 300-dən çox idmançı iştirak edib.

Qısa zamanda qərar verilib, elan olunub və bu qədər idmançının istirak etməsi yaxşı haldır. Baxış xarakterli yarışdır. İnşallah gələn il daha böyük şəkildə təşkil etməyi plamlaşdırırıq. Ənənəvi şəkildə hər il keçirməyi planlaşdırırıq. Biz bu yarışa digər döyüş növlərinin idmamçılarını da dəvət etmişik. Məqsədimiz döyüş növləri arasında həmrəylik yaratmaqdır".

3 dəfə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının 2qat mükafatçısı Elçin Eminov da baştutan yarışla bağlı fikirlərini bildirib:

"Bizim idmançılar iki klub adına vuruşacaq- Dinamo İC və Arktika idman klubu... Bu yarışda 12 idmançımız var idi.

Güclü idmançılarla təmsil olunuruq. idmançılarımızın yarısı muay-tayda, digər yarısı isə uşuda bizim təmsil ediblər.

Bu yarışda beynlxalq və respublika çempionatlarının qalibləri iştirak edib. Bu yarış idmançılar təcrubəsinin artması baxımından böyük önəm kəsb edirdi. İran, Pakistan, Türkiyə kimi ölkələrdən idmançılar bu yarışa qatılmaq üçün gəlmişdi".

Bildirək ki, turnirdə 300-dən çox idmançı iştirak edib.

Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən edilib. Yer tutan idmançılar müvafiq olaraq medal və qramotalarla mükafatlandırılıb.

mənbə: unikal.org

Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO) Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO) Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO) Azərbaycanda möhtəşəm döyüş festivalı - FOTOLAR (VİDEO)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 676 Tarix: 10.09.2018
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər