Bu il vəzifələrini itirən məmurlar - SİYAHI

Bu il vəzifələrini itirən məmurlar - SİYAHIAzərbaycanda uzun müddətdir vəzifədə olan daha bir məmur işini itirib. 2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası"nın yarımstansiyalarından birində baş verən qəzadan 2 ay sonra "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev işdən çıxarılıb. Rəsmi məlumatda bildirilir ki, qəza ilə bağlı araşdırma aparan Dövlət Komissiyasının yekun rəyi ilə tanış olan prezident işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, 2018-ci ilin ötən 8 ayı ölkədə məmurların, əsasən iri ranqlı vəzifə sahiblərinin işdən uzaqlaşdırılmaları ilə yadda qalıb.

Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi formalışdırılıb. Baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı olub. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə - baş nazirin müavini postuna təyinat alıb. "Qaçqınkom"un yeni sədri Milli Məclisin üzvü Rövşən Rzayevdir.

Yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da düşə bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni nazir Sahil Babayev təyin edilib. Qeyd edək ki, S.Müslümov bundan əvvəl uzun illər Dövlət Sosial Müdafiə Fondunun sədri olub.

Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edilib. İnam Kərimov bu təyinata qədər "ASAN xidmət"in rəhbəri vəzifəsində çalışıb.

17 il - 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu. Prezidentin sərəncama əsasən, Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da ötən müddətdə 2 nazir dəyişikliyi baş tutub. Naxçıvan kənd təsərrüfatı naziri Elşad Əliyev vəzifəsindən azad olunub. Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib. Elşad Əliyevi Bəhruz Bayramov əvəzləyib. O, bundan əvvəl Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Ali Məclisin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da fərman imzalayıb.

2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olub. Prezidentin sərəncamına əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutan Aydın Əliyevə isə vəzifə verilməyib.

Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də vardı. Yeni tərkibdə isə baş nazirin müavini postuna gətirilənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Hazırda Hacıbala Abutalıbovun əvvəlki postu vakantdır. Boş qalan vəzifələrindən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.

2018-ci ili icra başçıları üçün də çətin sınaq ili adlandırmaq olar. Mayın 18-də Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalanıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edilib. Bu il iyulun 1-də prezidentin imzaladığı sərəncamla Ramiz Yediyarov işdən azad edilib. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Raqub Məmmədovla eyni gündə - iyunun 6-da Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu il avqustun 28-də daha bir icra başçısı - Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi. Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Elmar Vəliyevin vəzifədən alınması qərarının ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı olması xəbərləri var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 06 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304