Bakıda zibil qutusundan tapılan "Nakolkalı" əl və ölən biznesmenin SON MESAJI - Tükürpədən TƏFƏRRÜAT

Bakıda zibil qutusundan tapılan "Nakolkalı" əl və ölən biznesmenin SON MESAJI - Tükürpədən TƏFƏRRÜATZibil qutusundan tapılan balta ilə kəsilmiş, tatuirovkalı əllə bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Rusiya polisi mərhumun barmaq izlərindən onun şəxsiyyətinin müəyyənləşdirilməsində köməklik göstərməlidir.

BiG.AZ xəbər verir ki, bu barədə sputnik.az-a Suraxanı rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, avqustun 23-də Bülbülə qəsəbəsində zibil qutusundan üzərinə nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Bakıda zibil qutusundan tapılan "Nakolkalı" əl və ölən biznesmenin SON MESAJI - Tükürpədən TƏFƏRRÜATƏl sahibinin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.

Mütəxəssislərin fikrincə, qətl şəhərdən kənarda, insan olmayan, xəlvət ərazidə baş verib. Hadisənin Suraxanı rayonunun Bilgəh qəsəbəsində həyata keçirilməsi istisna edilmir. Meyitin əzalarının bir hissəsinin qısa müddət ərzində aşkar edilməsi də buna göstərir. Qatil cəsədin qalıqlarlarını kollektora atmışdı. Qətlin üstü bu günə kimi də açılmayıb.

Araşdırmalar zamanı məlum olub ki, qətllər arasında heç bir bağlılıq yoxdur.

Həmin ərəfələrdə sələfi təriqətinin üzvü olan Günəşli qəsəbə sakini (istintaq tərəfindən adı açıqlanmır) itkin düşüb. İtkin düşən şəxs bizneslə, bahalı markalı mobil telefonların ticarəti ilə məşğul olub. Çoxlu sayda şəxslərin ona borcu olub. Güclü biznes əlaqələrinə sahib olan bu şəxs şəriki ilə birgə restoran da icarəyə götürüb işlədib, bir müddət Dağıstanda yaşayıb. Onun radikal dini qruplaşmaların tərkibində iştirakı da vurğulanır.

Hövsanda kollektordan kişi meyitinin qalıqları aşkarlandıqdan sonra itkin düşmüş şəxsin yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin cəsədin qalıqlarından yaxınları onu tanıya bilməyiblər. Meyitin başı suda qaldığından şişmiş, saqqal, qaşlar və kirpik qırxılmışdı. Bu günə qədər də DNT ekspertizanın rəyi məlum deyil.

Qohumlarından fərqli olaraq itkin düşmüş şəxsin tanışları öldürülən şəxslə onların arasında bəzi oxşarlıqlar olduğu qənaətindədirlər.

Yeri gəlmişkən bildirək ki, istintaq orqanı tərəfindən itkin düşənin restoran biznesi üzrə şəriki də dindirib. Dindirmədən sonra biznesmen müəmmalı şəkildə yoxa çıxıb. Onun birdən-birə Moskvaya daşınması isə şübhələri daha artırıb.

Bəzi versiyalara görə, iPhone mobil telefonlarının biznesi ilə məşğul olan şəxsin pul borcuna görə öldürülməsi mümkündür. Ola bilsin ki, başqa səbəb də var.

Onu da qeyd edək ki, itkin düşəndən bir ay sonra qohumlarından birinə onun mobil telefonundan belə bir ismarıc gəlib: "Sağ-salamatam, mənim üçün narahat olmayın". Bu, onun sonuncu SMS-i olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8869   Tarix: 06 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092