"Göy mıncığı udan qız hamilə qaldı" - Azərbaycanda birinci siniflərə verilən dərslikdə BİABIRÇILIQ

"Göy mıncığı udan qız hamilə qaldı" - Azərbaycanda birinci siniflərə verilən dərslikdə BİABIRÇILIQ

Sosial şəbəkələrdə paylaşılan nağıl kitabı müzakirələrə səbəb olub. Belə ki, nağılda əxlaqsız və cinayət təbliğ edilir. Müəllimlərin azyaşlı uşaqlara bu cür nağıl kitablarını oxumağı məsləhət bilməsi nə dərəcədə doğrudur?

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin kitabxanaları demək olar ki, düzgün və faydalı şəkildə istifadə olunmur:

“Məktəblərin kitabxanalarında şagirdlər üçün əlavə oxu materiallarının əhatə olunduğu ədəbiyyatlar göndərilsə də, məktəb direktorlarının səriştəsizliyi, sinif müəllimlərinin səhlənkarlığı, kitabxanaçının nəzarətsizliyi ucbatından bəzi hallarda şagirdlərin yaş xüsusiyyətlərinə, psixologiyalarına uyğun olmayan kitablar onlara verilir. Məktəb kitabxanalarının funksiyası tamamilə ayrıdır və onların balansına heç də ölkədə çap olunan bütün kitablar verilməməlidir. Kitabxana balansı siniflər üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət etməlidir.Təəssüf ki, Təhsil nazirliyi və rayon təhsil şöbələri şagirdlərin əlavə oxu ədəbiyyatına nəzarət edə bilmirlər. Dünya təcrübəsində hər sinif üzrə şagirdlərin oxuya biləcəyi əlavə oxu materiallarınını kataloqu hazırlanır. O, pedaqoji şurada müzakirə olunaraq, psixoloqun və tibb xidmətinin rəyi nəzərə alınaraq hər bir sinif üzrə elan olunur. Amma bizdə bu belə deyil. Əlavə oxu materiallarının məqsədi və hədəfi olmalıdır. Bunu sinif, fənn müəllimi özbaşına, istəyinə uyğun olaraq təmin edə, qərar qəbul edə bilməz”.

Aysel Yusifqızı

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 12260 Tarix: 31.08.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Agilli999
Agilli999 01.09.2018
Aycicek aha


 
Anhel
Anhel 01.09.2018
Eger bele bir wey heqiqeten varsa çox pis ,,


 
ayaztex
ayaztex 01.09.2018
Mence dersliklerde bele bir wey yoxdu.Bu sadece savadsiz bir axmagin yazib diqqet cekmek istediyi bir weydi.bawinizi yormayin bele weylere.
Aycicek
Aycicek 01.09.2018
Hmmm


 
Picasso
Picasso 31.08.2018
Indiki usaglar boyuklerden cox bilir 3 yasindaki usag playmarketden oyun yukleyib oynayirsa ona cetin inandira bilesenki usaglari leylek getirir


 
pryanka
pryanka 31.08.2018
Bu nağıldı :
uşaqlar ona goredide balaca uşaqları leyleyin getirdiyine inanmirlar


 
tansu
tansu 31.08.2018
Bunu hansı savadsız,terbiyesiz derc etmeye icaze verib göresen.kül tepevize seviyyesiz qırılmış.


 
sonata
sonata 31.08.2018
Bi bi binin bele sozler mence bunun bu kimi sozlerle evezlense gozel olar kim hansi lehceyle danisir sa elede yazasi deil ki lugget deyilen bir sey var seviyyesiz formada yazilib
Vendetta13
Vendetta13 31.08.2018
Azərbaycanda təhsil adlı bir şey qalmayıb


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər