Rəşad Sadıqov: "Səhvlərim yaşla bağlı deyil" MÜSAHİBƏ

Rəşad Sadıqov: "Səhvlərim yaşla bağlı deyil" MÜSAHİBƏ"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

BiG.AZ qol.az-a istinadən tücrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

- Rəşad, sənə qarşı son iki-üç həftə davam edən təzyiqlər, azarkeşlər fərqli münasibəti və s. Nə düşünürsən, artıq sakitləşmək vaxtı çatıb?

- Matçdan öncə bir balaca fərqli situasiya idi. Həqiqətən də, böyük təzyiq vardı. Ümumiyyətlə, düşünürəm ki, oyunumuz yaxşı alındı. "Qarabağ"ın bu mövsüm ən yaxşı oyununu keçirdiyini fikirləşirəm. İstər topla, istər topsuz. 60-cı dəqiqəyə qədər üstün oynadıq. Hesab 3:0 olduqdan sonra rəqib risk etməyə başladı. Biz də təbii olaraq, ehtiyatlı oynadıq. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik.

- Standart vəziyyətlərdə tez-tez hücuma atılırdın. Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Vuracağın qolla kimlərəsə cavab vermək idi fikrin?

- Bu gün zərrə qədər önəmli deyildi ki, qol vuracağam, ya yox. Ən vacib olan qrup mərhələsinə düşməyimiz idi.

- Komanda yoldaşın Qara Qarayev dedi ki, oyuna 13-14 min bilet satılmağı bizə pis təsir etdi. Bu amil komanda şəklində hər kəsə təsir etmişdi, ya təkcə Qaraya?

- Oyundan öncə bir qədər müzakirə olmuşdu. Tək Qara yox, 4-5 futbolçu oturub müzakirə edirdik. Dünən o xəbəri oxumuşduq. Amma bu gün hiss etmədik ki, tribunanın hansısa bir yerində boşluq vardı. Azarkeşlərimiz ilk dəqiqədən bizi elə dəstəklədilər ki, üzərimizdəki təzyiqi atıb, oyuna köklənə bildik. Bugünkü qələbəmizdə azarkeşlərimizin rolu böyükdür.

- Artıq bəzi azarkeşlər və jurnalistlər qərar verib ki, Rəşad Sadıqov futbolçu karyerasını bitirsin. Səncə, nə üçün onlar bunu istəyirlər?

- Bilirsiz, elə bir məsələdir ki, bunun ətrafında çox müzakirə etmək olar. Bu gün ancaq pozitiv mövzulardan danışmaq istəyirəm. Mən çox xoşbəxtəm ki, "Qarabağ" 5-ci dəfə Avrokubokların qrup mərhələsində iştirak edəcək. Bu gün mən "Qarabağ"ın kapitanıyam. Bu komandada neçə illərdi ciddi işlər gedir. İş olan yerdə də səhvlər olacaq. İldən-ilə dərəcələr artır, rəqiblər bizə qarşı fərqli oynayırlar. Səhvlər olan yerdə də tənqidlər olacaq. Şəxsən mən hər şeyi normal qarşılayıram. Maksimum çalışırıq ki, tənqidlərdən nəticə çıxaraq. Amma ümumi olaraq, BATE ilə matçdakı səhvlərimi götürsəm, onlar yaşla bağlı səhvlər deyildi. Bu səhvləri 20 yaşda da, 18 yaşda da etmişəm. Mənim özüməməxsus oyun üslubum olub. Xüsusiyyətlərimdən biri də topla oynamaq olub. Bu gün mən oyundan kənara çəkilsəm, demək olar ki, komandada lazımsız bir fiqura çevriləcəm. Bugünkü matçda da topla oynadığım epizodlar oldu. Yenə top itirə bilərdim. Yəni sırf bu səhvlər yaşla bağlı deyil. O ki qaldı yaşlanmağa, təbii ki, 36 yaşım var. Əslində, dərindən analiz etsək, bu il avrokuboklarda keçirdiyim oyunlar bəlkə də əvvəlki illərə nisbətən daha yaxşı alındı. Sadəcə olaraq, bir balaca şansızlıqlar yaşandı. Elə oldu ki, mənim buraxdığım səhvlər qolla nəticələndi və həmin qollar da "Qarabağ"ın taleyinə təsir etdi. Mən bunu anlayışla qarşılayıram. İlk növbədə, mən özüm-özümü qınayırdım ki, ötürməni verərkən bir az daha ehtiyatlı ola bilərdim. Amma olan olmuşdu. Bugünkü qələbə bizim üçün çox vacib idi. Açığı, PSV-dən 6 qol buraxıb, Avroliqaya düşməkdənsə, bugünkü qazandığımız möhtəşəm qələbə ilə qruplara düşmək mənim üçün daha önəmli idi. Çünki bu gün hamımız müsbət ab-hava ilə qrup matçlarına gedirik. Biri var ki, məğlubiyyətlə getmək, biri də var belə qələbə ilə. Özünüz də gördünüz ki, BATE ilə matçından sonra komanda necə məyus olmuşdu.

- Rəşad, Avroliqanın qrup mərhələsində mübarizə aparmağınız artıq azarkeşlər, həm də jurnalistlər üçün adiləşib. Bundan sonrakı hədəf nədir?

- Bizim əsas problemimiz odur ki, ildən-ilə hər şey adiləşir. Yəni dərəcə də qalxır. Rəqiblərin bizə qarşı oyunu da dəyişir. "Şerif" ötən il Avroliqanın qrupunda 9 xal qazanmışdı. Bu gün bizi o xalları analiz etmirik, "Şerif"i mütləq keçməliyik deyirik. BATE son illərdə 4 dəfə ÇL, 4 dəfə Avroliqanın qrup mərhələsində mübarizə aparıb. Biz özümüzdən danışırıq ki, qruplarda təcrübəmiz var və s. Amma rəqibləri belə qiymətləndirmirik. Çalışacağıq, əlimizdən gələni edəcəyik. Amma öncədən nəsə demək çox çətindir.

- Qruplarda "Çelsi" ilə qarşılaşsanız, azarkeşlərin bəziləri artıq qələbə gözləyəcək.

- Mən istəmirəm ki, adiləşmə olsun. Bu gün Azərbaycan klubunun Avroliqanın qrup mərhələsinə düşməsi uğurdur. Hamı istəyir ki, ÇL qrupunda mübarizə aparaq, qrupdan çıxaq.

- Belə bir xəbərlər yayılmışdı ki, BATE ilə oyunlarda Rəşadının kobud səhvləri olmasaydı, bu gün yenidən milli komandaya qayıdacaqdı...

- Mənim milliyə geri dönməyim səhvlərlə bağlı bir şey deyil. Qurban müəllimlə bu barədə aramızda söhbət olmuşdu. Hətta Ruslan Abışov zədələnəndən sonra da bu haqda danışdıq. Ancaq yenə də bizim müdafiəçilərimiz var. Mən yenə də sözümün arxasınadayam. Nə vaxtsa lazım olsam, xeyirim dəyəcəksə, dönə bilərəm.

- Səncə, millinin hazırkı müdafiəçiləri UEFA Millətlər Liqasında komandanın yükünü qaldıra biləcəklərmi?

- Düşünürəm ki, yaxşı olar. Sentyabrın 7-si, 10-u milliyə hamımız azarkeşlik edəcəyik. Yeganə problem odur ki, 3 gündə 2 oyun olacaq. Bizim futbolçuların da, ümumi bütün futbolçuların da 3 gündə 2 vacib matça hazırlaşmaqları asan olmur.

- Matçdan öncə "Şerif"i keçə bilməsəniz, "Qarabağ"da karyeranı bitirə biləcəyini düşünürdün? Ya əksini fikirləşirdin?

- Matçdan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki tam olaraq oyuna köklənmişdim. Mənim işim meydana çıxıb oynamaqdır. "Qarabağ"ın kapitanıyam, belə şeylərə reaksiya verməyim düz olmaz. Bu tip şeylərə nə vaxtım, nə də imkanım var.

- Rəşad, qrup matçlarında yenidən BATE ilə qarşılaşmağı istəyərsən?

- Yox, istəmirəm. BATE bizim üçün bir qədər narahat rəqibdir. Əslində, iki oyunda da onlardan üstün oynamışdıq. Burada ilk 20 dəqiqədə pis başladıq. Amma ümumi götürsək, hər iki matçda biz üstün idik. Biz topla oynamağı çox sevən komandayıq. Bütün komanda şəklində hücuma çıxırıq və çox futbolçumuz öndə olur. Buna görə əks-hücumda bizi yaxalamaq asandır. BATE-nin ən güclü tərəfi əks hücumlarda oynamaqdır. Buna görə bizim üçün narahat rəqibdir. Şəxsən onlarla qarşılaşmaq istəmərəm.

- Bəs "Fənərbaxça" və "Beşiktaş" necə? Onlarında Azərbaycanda böyük azarkeş kütləsi var.

- Qismətimizdə hansı klub varsa, onlar düşəcək. Sırf Qurban müəllimi təbrik etmək istəyirəm. Oyundan öncə rəqib çox danışdı ki, bizi analiz ediblər. Həqiqətən də ilk oyunda bizi yaxşı analiz etmişdilər, əl-qolumuzu bağlamışdılar. Qurban müəllim bizim oyunumuzu yüz faiz dəyişdi. Böyük riskə getdi. Qaranın sağ cinahda olması, mənim solda geniş oynamağım və s. Bunlar hamısı Qurban müəllimin oyundan öncə düşündüyü planlar idi. Hücum kombinasiyalarımızı dəyişdik. Bəli, riskli idi. Amma çox şükürlər olsun ki, uğurlu alındı. Komandanın futbolçusu kimi, bir daha Qurban müəllimi ürəkdən təbrik edirəm.

- Bu il Avroliqanın qrupunda mübarizə aparacaq komandaları ötən ilkinə nisbətən daha güclü adlandırmaq olar?

- Bəli, böyük klubların sayı artıb. Belə baxanda, hər zaman çətindir. "Slovan"la qarşılaşanda, hamımız düşünürdük ki, "Slovan"ı mütləq udmalıyıq. Amma məğlub olduq.

- Rəşad, bu stadion daha əvvəlki illərdə pley-offda qarşılaşdığınız "Göteborq" və "Yanq Boyz" komandaları üzərində qələbələrə şahid olmuşdu. Amma oyundan sonra bugünkü ab-havanı, sevinci görməmişdik. Bu gün komandada hədsiz sevinc var idi. Bu nə ilə bağlıdır?

- Oyundan öncə bizdə böyük istək var idi. Matçdan öncəki iclasda da Qurban müəllim bizə "Göteborq"la "Yanq Boyz"un matçlarını izlətdirdi. Uşaqlara bildirdi ki, həmin matçlarda da ilk oyunda məğlub olmuşduq, yəni şansımız var. Qismət, yenə də 3:0 qələbə qazandıq. "Neftçi" ilə matçda da görünürdü ki, "Şerif"lə məğlubiyyətə barışmamışdıq, təslim olmamışdıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 961   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647