Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT: Bu gün xınayaxdısı olacaqdı...

Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT: Bu gün xınayaxdısı olacaqdı...

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. və 1990-cı il təvəllüdlü E.Z. intim münasibətdə olarkən qazdan boğularaq ölüb.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, E.Z.nişanlı olsa da, uzun müddət imiş ki, Könül Ə. ilə sevgi münasibətində olub. O, K.Ə. ilə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün E.Z. K.Ə-ya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib. Gözəllik salonunda çalışan K.Ə. anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. E ilə münasibətlərindən xəbərdar olan K.Ə-nın anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir. Bu zaman K.Ə. anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.

Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq E.Z-un bu gün xınayaxdı mərasimi olacaqmış.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 13146 Tarix: 30.08.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər