Onlarla milyarder yetişdirən Azərbaycan kəndi - Burada kasıb adam yaşamır

Onlarla milyarder yetişdirən Azərbaycan kəndi - Burada kasıb adam yaşamırHər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada ölkəmizin əyalətlərindən, həmin əyalətlərin yaranma tarixindən, oturuşmuş ənənələrindən, tanınmış şəxsiyyətlərindən bəhs olunacaq.

Haqqında bəhs edəcəyimiz ilk məkan - əsasən yəhudi mənşəli soydaşlarımızın kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi barədə olacaq.

Bakıxanovun dəstəyi ilə Qubaya toplaşan yəhudilər

Qırmızı Qəsəbə Quba rayonu ərazisində, Qusara gedən yolun üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülüb. O Bakıxanovun ki, Quba rayonunun Quba qəzasının Amsar kəndində boya-başa çatıb. Ölkəmizin ədəbiyyat tarixinə adını qızıl hərflərlə yazdırmış Abbasqulu ağa Bakıxanov yəhudilərin Qırmızı qəsəbəyə köç etməsinə və burada yaşayaraq kompakt məskunlaşmasına rəvac verib. Məhz elə bu səbəbdəndir ki, bu qəsəbədə Bakıxanovun xatirəsi əbədiləşdirilir, mütəmadi olaraq böyük ədibin şəninə müxtəlif tədbirlər təşkil olunur.

XVIII əsrdə bu qəsəbə "Qafqazın Yerusəlimi" adını aldı. İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə edəndən sonra İsrail burada yaşayan yəhudilərə kömək etməyə başladı. 1990-cı illərin əvvəllərində Qırmızı qəsəbə sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişib, "Fətəli xan" adlandırılmasını qərara aldı. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanıldı. Lakin 5 oktyabr 1999-cu ildə qəsəbənin dəyişdirilərək Fətəli xan adlandırıldı. Yerli əhalinin 99 faizi yəhudi mənşəlidir.

Müxtəlif mədəniyyətlərin cəmləşdiyi məkan...

Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi" adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün respublikada olduğu kimi, Qırmızı qəsəbədə də dirçəliş dövrü başladı. Nə qədər qəribə olsa da, dağ yəhudilərinin danışıq dili fars dilinin bir dialektidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra burada uşaqlar ivrit dilini də öyrənməyə başladılar.

Qırmızı qəsəbədə hazırda iki orta məktəb fəaliyyət göstərir. Bunlardan birində dərslər Azərbaycan, digərində isə rus dilində tədris olunur. İsak Xanukov adına 1 saylı orta məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələri ilə birlikdə elmin sirlərini öyrənirlər. 260-dan çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Hazırda bu məktəbin yetirməsi olan yüzlərlə şəxs ölkəmizin müxtəlif sahələrində çalışır. Onların arasında alimlər, dövlət xadimləri, biznesmenlər, ictimai xadimlər, mədəniyyət və incəsənət xadimləri var. Torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunov da bu qəsəbənin yetirməsidir.

Azərbaycanda ən çox milyonçusu olan qəsəbə...

Qəsəbə sakinlərinin əsas məşğuliyyəti ticarətdir. Rusiyada və dünyanın müxtəlif dövlətlərində cəmləşən dağ yəhudiləri arasında bu gün adı "Forbes" jurnalının milyarderlər siyahısında keçən iş adamları var. Bunlar Qod Nisanov, Zarah İliyev, Telman İsmayılov, German Zaxaryayev, Qavril Yuşvayev, Matvey Elizarov, Zaur Gilalov, İqor Babayev, Yan Abramov, Azad Kərimov və digərləri bu qəbildəndir.

Qod Nisanov və Zarah İliyevin ortaq olduğu şirkətlər rəsmi açıqlamaya görə, hazırda Rusiyada ən çox əmlaka malik olan şirkətlərdir. German Zaxaryayev Rusiyada dağ yəhudilərinin ilk televiziyası olan STMEGİ TV-nin əsasını qoyub. İri sahibkarlıq fəaliyyəti ilə yanaşı Rusiya Yəhudi Konqresinin vitse-prezidenti və "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidentidir. Qavril Yuşvayev milyarder, "Bimm-Bill-Dann" şirkəti direktorlar şurasının üzvü, Telman İsmayılov AST Holdinqin rəhbəri, Matvey Elizarov Azərbaycanın iş adamı və xeyriyyəçi, İqor Babayev Moskvada "Çekizovo qrupu"n sahibi, Yan Abramov Rusiya milyonçusu, məşhur müğənni Alsunun əri, Azad Kərimov Azərbaycanın gənc milyonçularından biri, "ATLAS" şirkətlər birliyinin prezidentidir. Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti, iş adamı Zaur Gilalov bir müddət öncə sui-qəsdə məruz qalıb və dünyasını dəyişib. Onun atası da oğlu ilə eyni taleyi yaşayıb.

Dağ yəhudilərinin görkəmli nümayəndələri...

Qeyd edək ki, dağ yəhudiləri təkcə biznes sahəsində deyil, digər sahələrdə də böyük uğurlar qazanıblar. Onların arasında ən müxtəlif sahələrdə fəaliyyət göstərən, dövlət idarəçiliyindən tutmuş əbədiyyata, mədəniyyət sahəsindən başlamış rəssamlığa qədər fəaliyyət göstərən məşhurlar var.

İsrail silahlı qüvvələrinin generalı Aluf Ehud "Udi" Adam, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Dumasının deputatı Həsən Mirzoyev, tanınmış cərrah, İlizarov aparatının ixtiraçısı Qavril İlizarov, tanınmış yazıçı, rusca-tatca lüğətin müəllifi Mixail Dadaşov, Milli Məclisin deputatı Yevda Abramov, Rusiyanın məşhur müğənnisi Jasmin, məşhur İsrail müğənnisi Sarit Hadad, Azərbaycanlı müğənnilərdən Xəyyam Nisanov, Ayan Babakişiyeva, dünya şöhrətli rəssam İsrail Tsvaygenbaum bu sıradadır. (azxeber.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5138   Tarix: 28 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264