Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin cinayət işi - TƏFƏRRÜAT

Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin cinayət işi - TƏFƏRRÜATBakıda təhsil komplekslərinin birində 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdinin cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

BiG.AZ-ın "Ölkə.Az"a istinadla verdiyi xəbərə görə, cinayət məcəlləsinin 152.2-ci maddəsiylə təqsirləndirilən Rzayev Cavidan Siyavuş oğlunun məhkəmə prosesinə hakim Anar Tanrıverdiyev sədrlik edir.

Xatırladaq ki, biabırçı hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Siyavuş oğlu saxlanılıb və Bakı İstintaq Təcridxanasına göndərilib.

Bu il fevralın 11-də Rzayev Cavidanın barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir.

Rzayev Cavidan Siyavuş oğlu barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1972   Tarix: 23 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

17:53 0
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

14:11 238
.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

17:55 0
.

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həki

17:17 0
.

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar il

15.04.2024 435
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 215
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

17:12 0
.

Əfqanıstanda daşqın: 50 nəfər ölüb, 36 nəfər yaralanıb

Əfqanıstanda leysan yağışları gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, yağışlar daşqınlara səbəb olub. Ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub. Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyi sözçüsü Janan Saeq verdiyi açıqlamada

15:51 0